“Mercedes-Benz” dünyanın ən bahalı avtomobilini satıb.
Ednews xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb.
Alman avtomobil istehsalçısının kolleksiyasında saxlanılan çox nadir 1955-ci il “Mercedes-Benz SLR” modeli 142 milyon dollara şəxsiyyətini məxfi saxlayan bir kolleksionerə satılıb. Kollektor avtomobillərinin qiymətlərini izləyən “Hagerty” şirkətinə görə, bu qiymət onu indiyə qədər satılan ən bahalı avtomobil edib.
“Mercedes”in elanına görə, satışdan əldə edilən pul qlobal təqaüd fondu olan “Mercedes-Benz” Fondunun yaradılmasına sərf olunacaq.
Qeyd edək ki, bir avtomobil üçün əvvəlki rekord satış qiymətinin 2018-ci ildə “1963 Ferrari 250 GTO” üçün ödənilən 70 milyon dollar olub.