Nirvana rok qrupunun solisti Kurt Kobeynə məxsus olan gitara hərracda 4,5 milyon dollara satılıb.
Ednews xəbər verir ki, Kurt Kobeyn gitaranı qrupun hit mahnısı olan "Smells Like Teen Spirit" mahnısının klipində istifadə edib.
Gitara “Indianapolis Colts”un sahibi, milyarder Cim Ersi tərəfindən alınıb.
1969-cu ilin solaxaylar üçün olan “Fender Mustang” gitarası “Julien's Auctions” hərrac evi tərəfindən 600.000 ilə 800.000 dollar arasında satılacağı təxmin edilən gözləntiləri aşıb.
Ersi öz “Twitter” hesabında gəlirin bir hissəsinin Kobeynin ailəsi tərəfindən Ersi ailəsinin psixi sağlamlıq haqqında məlumatlılığı artıran və İndiana bölgəsindəki qeyri-kommersiya təşkilatlarına qrantlar təklif edən "Kicking the Stigma" təşəbbüsünə bağışlandığını qeyd edib.
Mirvari Əzizova