Dünyada qeyri-adi vergi növləri Yağ vergisi, əyləncə vergisi və s.

Maraqlı 08:30 28.05.2022
Əksər insanlar vergilərdən söz açıldığı zaman onları “məntiqsiz” yaxud “lazımsız” adlandırır. Bu vəziyyət təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın digər ölkələrində də belədir.
 
Ednews sizə dünyadakı qeyri-adi vergi növlərini təqdim edir:
 
Lazımsız ərzaq vergisi (Macarıstan)
 
Əgər, Macarıstanda qəlyanaltı etmək istəyirsinizsə, bir paket çips yerinə alma almağınız daha məsləhətlidir. Əks halda, rəsmi olaraq “ictimai sağlamlıq məhsulu vergisi” adlanan lazımsız ərzaq vergisini ödəməli olacaqsınız. Sözügedən vergi növü tərkibində duz və şəkəri yüksək olan qablaşdırılmış qəlyanaltılara, o cümlədən qazlı içkilərə və enerji içkilərinə aiddir. Bu vergi növünün tətbiq edildiyi məhsulların qiymətinə təxminən 20 sent əlavə edir. Macarıstanın Qida və Qidalanma Elmləri üzrə Milli İnstitutu və Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, vergi ictimai sağlamlıq baxımından faydalı olmayan qida məhsullarının istehsalını azaltmaq və sağlam qidalanmanı təşviq etmək üçün tətbiq edilir. Bunu da qeyd edək ki, Meksikada da əlavə qidalara bu cür vergi tətbiq edilir.
 
Yağ vergisi (Hindistan)
 
Meksika və Macarıstan əlavə qidalara vergi qoyaraq piylənmənin qarşısını almağa çalışan yeganə ölkə deyil. Hindistanın Kerala əyaləti məşhur restoranlarda satılan pizza, burger, sendviç kimi hazır qidalara “yağ vergisi” qoyur. 14,5 faizlik verginin məqsədi insanları  hazır qidalardan (fast food) uzaqlaşdırmaq və daha sağlam seçimlər etməyə sövq etməkdir. 
 
Əyləncə vergisi (Hindistan)
 
Hindistanda olan qeyri-adi vergilər sadəcə əlavə qidalara tətbiq edilən vergi ilə məhdudlaşmır. Belə ki, Hindistanda əhali əyləncəyə görə də vergi ödəyir. Sözügedən vergi növü, idmanla bağlı tədbirlərə, kino, teatr şouları və əyləncə parkları üçün keçərlidir. Əvvəllər vergi ştatdan ştata dəyişirdi, 15%-dən 110%-ə qədər dəyişirdi.2017-ci ildən bəri tətbiq edilən həmin vergi indi əyləncənin formasından asılı olaraq 5%-dən 28%-ə qədər dəyişir.
 
İngilis dilində olan məktəblərə tətbiq edilən vergi (Banqladeş)
 
Banqladeşdə övladlarının ingilisdilli məktəbə getməsini istəyən valideynlər əlavə vergi ödəməlidirlər. Belə ki, buradakı özəl məktəblər üçün təkcə təhsil haqqını ödəməklə iş bitmir, həm də ingilis dilli məktəblər üçün 15 faiz əlavə dəyər vergisi (ƏDV) ödənilir. Yerdə qalan məktəblər isə bu vergidən azaddır, buna görə Banqladeş Ali Məhkəməsi ƏDV-ni ayrı-seçkilik və qeyri-qanuni elan etmişdir. Amma hökümət hələ də vergi qoymağa və yığmağa davam edir.
 
Spirtli içkilər üçün vergi (Avstraliya)
 
Əgər, Avstraliyada içki içmək istəyirsinizsə,seçdiyiniz içkiyə mütləq diqqət yetirməlisiz. Bunun səbəbi, vergilərin aldığınız spirtli içkinin növündən asılı olaraq  dəyişir. Məsələn, Macarıstanda şərabın topdan satış dəyərinin 29%-i həcmində şərab vergisi var. Digər məhsullar alkoqolun tərkibinə görə vergiyə cəlb edilir ki, içki nə qədər sərt olarsa, vergi dərəcəsi bir o qədər yüksək olar.  
 
Qoz-fındıq vergisi (İngiltərə)
 
İngiltərədə qoz-fındığı qabıqlı almaq pulunuza qənaət deməkdir. Bunun səbəbi, qabıqlı qoz-fındıqların 20 faiz əlavə dəyər vergisinin olmasıdır. Lakin bu üstünlük fıstıqlar üçün keçərli deyil.  Belə ki, fıstıqlar üçün bir istisna var - onlar duzlanmadıqca və ya qovrulmadan qabıqdan təmizlənmiş olsa, vergidən yayınırlar.
 
 Robot vergisi (Cənubi Koreya)
 
Cənubi Koreyada robotlarla əvəz edilmiş işçilərdən itirilmiş gəlir vergisini bərpa etmək üçün robotlar üçün ilk dəfə olaraq vergi tətbiq etməyə başlanıb. 
 
“Google” vergisi (Fransa)
 
Avropa ABŞ-a nisbətən məxfiliyini daha çox qoruyur, bu da texnoloji şirkətlərə daha çox nəzarətə səbəb olur. Bu vergilər əsasən “Google vergiləri” kimi tanınır və böyük internet şirkətlərinə şamil edilir.
 
Nəzrin Beydiyeva 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Hamısı