Bədən dili bizə nə öyrədir? - Ağrılarınızdan bu nöqtələrlə qurtulun

Maraqlı 16:00 24.06.2022

Müasir həyatın gətirdiyi yorğunluq, stress və narahatlıq kimi faktorlar vaxtaşırı sağlamlıqlarına mənfi təsir göstərə biləcək səviyyəyə gələ bilir. Yorğun bir gündən, narahat saatlardan sonra qəfil başlayan baş, bel, göz və ya mədə ağrısı kimi problemlərlə qarşılaşmaq insanı daha da stresə salır. Zehni amillərlə yanaşı, fiziki faktorlar da bədəninizin müəyyən bir hissəsində müvəqqəti ağrı hiss etməyinizə səbəb ola bilər. Belə bir vəziyyətdə həblərdən kömək almaq əvəzinə ağrı kəsici nöqtələri bilməklə tətbiq edə biləcəyiniz başqa bir üsul olduğunu bilirdinizmi?

“Acupressure” təxminən 5000 il əvvəl Çində tətbiq olunmağa başlayan ənənəvi tibb üsuludur. Bu texnika bədənin müəyyən nöqtələrinə təzyiq tətbiq etməyə əsaslanır. İnsan bədənini bir-birinə bağlı olan sinirlər dəstəsi kimi düşünə bilərsiniz. Sözügedən neyron şəbəkənin bəzi hissələrinə təzyiq göstərmək, yaşadığınız ağrı və problemi aradan qaldırmağa kömək edə bilər. Bəs, insan orqanizmində ağrı kəsici nöqtələr hansılardır?
 
Barmaqlarınızın arası...
 
Başımız ağrıyanda çoxumuz ya gicgah nahiyəmizi ovuşdururuq, ya da ağrıkəsici qəbul edib onun keçməsini gözləyirik. Əllərimizin baş barmağı ilə şəhadət barmağı arasında olan yumşaq nahiyənin ortasını 1 dəqiqə masaj etmək sizin baş ağrınızın keçməsinə kömək edəcək. Bu üsul stresdən yaranan ağrılar üçün daha effektiv hesab olunur. Bu masajı 5 dəqiqəlik fasilələrlə təkrarlaya bilərsiniz.
Ovuc içi...
Adətən xəstələnən insanların yanında əllərini və biləklərini ovuşduran birini görmüsünüz. Bu bilik qədim zamanlardan məlumdur və tətbiq edilir. Xüsusilə qadınlarda daha həssas olan ovuc nahiyəsinə edilən masajların rahatlaşdırıcı və sakitləşdirici təsir göstərdiyi iddia edilir. Ola bilsin ki, ovcunuzla ağrıyan hissəyə toxunduqda belə ağrınızın bir qədər azaldığını görmüsünüz. Bu, bütün sinirlərin əlinizin içində kəsişdiyi ilə bağlıdır.
 
Yuxu nöqtəsi...
Yuxusuzluq zamanı masaj edərək bu problemdən xilas ola biləcəyiniz bir nahiyəmiz var? Ayaq altınızın orta nahiyəsinə 30 saniyə zərif masaj etdikdə bədəninizin rahatladığını görəcəksiniz. Bu masajı sizin üçün başqası edirsə belə, qısa müddətdən sonra gözlərinizin bağlanmasının qarşısını ala bilməyəcəksiniz.
 
İstilik nöqtəsi...
Biz üşüdüyümüz zaman istəmədən əllərimizi yumruq vəziyyətinə gətiririk. Buna əsas səbəb əslində barmaqlarımızın uclarını sıxmaq istəyidir. Nəticədə, stimullaşdırılan sinirlər bədən istiliyimizin artmasına və qan dövranının sürətlənməsinə səbəb olur. 5 dəqiqə ərzində təkrar-təkrar əllərinizi yumruq halına gətirin, sonra isə boş buraxın. Bu halda siz, həm rahat olduğunuzu, həm də stresli vəziyyətlərə daha da hazır olduğunuzu görəcəksiniz.
Perikard nöqtəsi...
Perikard nöqtəsi biləyin içindən üç barmaq aşağıda və iki vətər arasında yerləşən ağrı kəsici nöqtədir. Xüsusilə baş ağrıları və ürəkbulanma zamanı perikard nöqtəsinə təzyiq etmək məsləhət görülür. Sözügedən üsul karpal tunel sindromu xəstəliyində də istifadə edilə bilər. Bu tip probleminiz olduqda, barmaqlarınızın ucları ilə perikard nöqtəsinə təxminən 5 saniyə təzyiq edə bilərsiniz.
 
Durğun dəniz nöqtəsi...
 
Döş sümüyünün ortasındakı ağrı nöqtəsi sakitlik dənizi adlanır. Artıq bilirsiniz ki, sinir sistemindəki bir çox pozğunluqlar emosional əsaslı problemlərdən qaynaqlanır. Belə vəziyyətlərdə yaranan narahatlıq və stress kimi faktorları azaltmaq üçün bu nahiyəni yüngül təzyiqlə masaj edə bilərsiniz. Ağrı nöqtəsini müəyyən etmək üçün sadəcə olaraq əlinizi döş sümüyünüzün sonuna qədər, dörd barmağınızı isə yuxarı qaldırın. Qabırğa qəfəsinizin ortasına çatdığınız zaman həmin nöqtəni müəyyən etmiş olacaqsız.
 
“Tai Chong” nöqtəsi...
 
“Tai chong” nöqtəsi baş barmağın və şəhadət barmağının qovuşduğu yerdə yerləşir. Göz problemləri, yorğunluq, stress və baş ağrıları zamanı bədəni rahatlaşdırmaq üçün istifadə olunur. Gözləriniz yorulduqda, başınız ağrıyanda, narahatlıq və ya stress hiss etdikdə də bu nöqtəyə yumşaq təzyiq tətbiq edə bilərsiniz. “Tai chong” nöqtəsini davamlı olaraq 2 dəqiqə basıb bu məşqi gündə 3 dəfə təkrarlaya bilərsiniz.
Küləyin evi nöqtəsi...
Bu nahiyə kəllə sümüyünün altındakı içi boş sahənin ortasında və ənsədən yuxarıda yerləşir. Baş ağrısı, boğaz ağrısı və ya yanma, burun qanaması kimi problemlərlə qarşılaşdığınız zaman bu nöqtəni tapıb yüngül təzyiq tətbiq edə bilərsiniz. Ağrı nöqtəsini barmaqlarınızın ucları ilə təxminən iki dəqiqə basın və bir müddət saxlayın. 
 
 
Nəzrin Beydiyeva, Ednews.net
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı