Ödəm problemini necə aradan qaldırmaq olar? Bitki mənşəli çaylarla təbii müalicə

Maraqlı 14:10 19.08.2022
Ödəm son zamanlar tez-tez eşitdiyimiz və daha çox qadınların hamiləlik zamanı qarşılaşdığı və problemlərdən biridir. Bu kimi problemlər toxumalarda artıq mayenin yığılması nəticəsində yaranır. Ödəm bədənin müxtəlif nahiyələrində - ayaqlarda, qollarda, əllərdə, çiyinlərdə şişkinliklə müşahidə olunur. Yalnız yerləşdiyi nahiyəni deyil, ətrafdakı orqanlara da təsir edir və ağrıya səbəb olur. 
 
 
Ödəm həmçinin qəbul edilən dərmanlara görə də baş verə bilər. Bundan əlavə, infeksiyalar və bir çox sağlamlıq problemləri toxumalarda maye yığılmasına səbəb ola bilər. Qaraciyər, ürək və böyrək xəstələrində görülən ödəm bədəndə artıq mayeni saxlayan duzun xaric edilə bilməməsi səbəbindən meydana gəlir. Daha sonra həmin nahiyə şişir və özünü göstərir. Ancaq bitki mənşəli reseptlərlə də ödəmdən xilas olmaq mümkün ola bilər. 
 
Ödəmi bədəndən necə xaric etmək olar?
 
İlk olaraq ödəmin bir neçə növü var. Yüngül ödəm adətən qısa müddətdə yox olur. Daha şiddətli ödəmi aradan qaldırmaq üçün isə müxtəlif dərmanlardan da istifadə olunur. Dərmanların yan təsirləri ola biləcəyi üçün həkim nəzarəti altında istifadə etmək tövsiyə olunur. Bu dərmanlar ödəmin təkrar əmələ gəlməsinin qarşısını ala bilsə də onun yenidən yaranmasının qarşısını ala bilməyə qarantiya vermir. Bunun üçün ödəm müalicəsi başlanmalı, ödəmin səbəbi araşdırılmalı və tapılmalıdır. Əgər ödəm dərman istifadəsi nəticəsində yaranıbsa, həmin preparatların qəbulu dayandırılmalı və onlar digərləri ilə əvəz edilməlidir.
 
Hansı qidalar ödəmi atmağınıza kömək edə bilər?
 
Ödəmdən qurtulmaq üçün maqneziumla zəngin, tərkibində B6 vitamini, bol kalium olan qidalar və təbii sidikqovucu bitkilərdən istifadə etmək tövsiyə olunur. Fındıq, tünd şokolar, yaşıl yarpaqlı tərəvəzlər, banan, kartof, qoz, ət, avokado, pomidor və s. kimi qidlardan istifadə bədəndə ödəmin yaranmasının qarşısını alır.
 
Ödəmdən təsirlənən ayaq və ayaq əzələləri gündəlik məşqlərlə hərəkətə gətirilməlidir. Ayaq əzələsinin hərəkətliliyi, artıq mayenin ürəyə doğru yönləndirilməsi deməkdir. Bu da ödəmdən qurtulmağa kömək edir.
Ayağın şişmiş hissələrini gündə bir və ya iki dəfə ürək səviyyəsindən yuxarı tutmalıyıq. Duz istehlakı mütləq azaldılmalıdır.
 
Qollardakı ödəmi necə aradan qaldırmaq olar?
 
Ödəm toplanan nahiyə hər gün masaj edilməli, effektivliyi artırmaq üçün bəzi kremlər, manjetli əlcəklərdən də istifadə olunmalıdır. Ödəmi aradan qaldırmaq üçün bitki tərkibli çaylardan istiadə etməyə də fayda var. 
 
Bizə lazım olan ərzaqlar: 1 litr qaynadılmış su, 1 dəstə cəfəri, 1 fındıq ölçüsündə zəncəfil, 2 darçın çubuğu, 1 limon, yaşıl almadır.
 
Hazırlanması: 1 litr qaynadılmış suya 1 dəstə cəfəri doğrayın və üzərinə doğranmış alma, limon və zəncəfil parçalarını əlavə edin. Darçın çubuğunu əlavə etdikdən sonra 5 dəqiqə qaynadın. Sonra bütün qarışığı süzgəcdən keçirin və soyuduqdan sonra için.
 
Albalı saplı yaşıl çay
Bizə lazım olan ərzaqlar: 1 qırmızı alma, 1 limon, 10-15 albalı sapı, 10-15 cəfəri sapı, 5-6 mixək, 2 çimdik yaşıl çay.
 
Hazırlanması: Albalı və cəfəri saplarını 1 litr qaynar suya əlavə edin. Dilimlənmiş alma və limon parçalarını üzərinə qoyun. 2 çimdik yaşıl çay və mixəyi əlavə etdikdən sonra 5 dəqiqə qaynadın və qarışığı süzün. İsti və ya soyuq içə bilərsiniz.
 
 
Nəzrin Beydiyeva, Ednews.net
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı