“Qara Cümə” mübarək gündür yoxsa qara? TARİXÇƏ

Maraqlı 14:30 25.11.2022

Hər il ABŞ-da keçirilən “Şükran Günü” bayramından sonra ilk cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə" endirimlər günü keçirilir. Bu gün demək olar ki, bütün dünya ticarət mərkəzlərində, dükanlarda böyük endirimlər müşahidə olunur. Hətta bir çox alverçilər bu endirimlərdən yararlanaraq, daha sonrakı günlərdə aldıqları malları ikiqat qiymətinə sataraq daha çox gəlir əldə edirlər.

Bəs bu “Qara Cümə” nə deməkdir?

“Qara Cümə” alış veriş həvəskarı olanlar üçün ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Həmçinin bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimlərinə də start verilir.

Endirimin tarixçəsi...

Endirimli ticarət ənənəsi XIX əsrdə  ABŞ-da yaranıb. İri ticarət şəbəkələri Yeni ildən əvvəl böyük endirimlər edir, alıcıları alver etməyə həvəsləndirirdilər. 

Bu endirimlər haqqında isə ilk dəfə 1852-ci ildə anadan olan ticarətçi Frenk Vulvort düşünüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün hər zaman əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət yazılmırdı  və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə səfərdə olan Frenk ağlına yeni bir ideya gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına "Hər şey 5 sent" yazısını qoyur. Bu, ilk endirim idi!  Onun bu satış metodu çox gözəl işləyir və bir müddətdən sonra ona böyük uğur gətirir. Beləliklə, Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur.

Yeni ideya, yeni uğur...

1951-ci ildə isə "Factory Management and Maintenance" jurnalı maraqlı faktın üstünü açır. Sən demə “Şükran Günü”ndən sonra adətən işçilər icazə alaraq,  əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun əsas səbəbi isə mağazaları gəzib endirimlərdən faydalanmaq idi.

Lakin "Qara Cümə" termini ilk dəfə 1966-cı ildə Filadelfiyada meydana gəlib. Bu terminin yaranması ilə bağlı isə iki versiya mövcuddur.

Birinci versiya

Şükran gününün ertəsi yollarda böyük tıxaclar yaranırdı. Hətta insan izdihamında dükanlara gələn alıcılardan  əzilənlər də olurdu. Hətta bu izdihamlara görə ölənlər də olurdu.  Bu səbəbdən bu gün “Qara cümə” adlandırılıb.  Elə məhz buna görə də eyni günü Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə "Black Friday" adlandırıb.

İkinci versiya

Digər versiyaya görə isə bu maliyyə hesabatları ilə də bağlıdır. Adətən cümə günləri şirkətlərdə həftəlik mühasibat hesabatları təqdim edilib.  Bu zaman sənədlərdə şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstünlük təşkil edildiyinə görə, “Black Friday” adlandırılıb.

Sonuncu versiyaya görə isə həmin günü dükanlar qapılarını gün çıxmadan açdıqlarına görə də bu gün qara sözü ilə xarakterizə olunub.

Ayan Rzayeva

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı