BBC-nin aparıcı jurnalisti Ed Lorens Şanxayda etiraz aksiyasını işıqlandırarkən polis tərəfindən döyülərək saxlanılıb.
Qeyd edək ki, Çində davam edən Koronavirus epidemiyası ölkədə etirazlara səbəb olub. Bu əsnada öz vəzifə borcunu yerinə yetirən, hadisələri işıqlandırmağa çalışan jurnalistə “Urumçi” yolunun üstündə 4 nəfər polis hücum edib. Polislər jurnalisti ağzı üstə yolda sürüməyə başlayıb.
BBC-nin verdiyi açıqlamada, jurnalist Lorensin həbs olunmazdan öncə şiddətə məruz qaldığı deyilir. O, bir neçə saat həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.
“Jurnalistimizin öz vəzifəsini yerinə yetirərkən bu cür hücuma məruz qalması çox narahatedicidir”, - deyə bəyanatda bildirilir.
Bu sözləri BBC-rəhbərliyi açıqlamasında deyib. O, əlavə edib ki, Lorens azad edilərkən Çinin səlahiyyətli nümayəndəlirndən heç bir üzr istənilməyib.
Bəyanatda qeyd olunur ki, Çin polisləri guya Lorensi izdihamın içindən onu Covid-ə yoluxduğuna görə məcburiyyətlə çıxarıblar. Halbuki, bu heç də inandırıcı izahat deyil.
Hadisənin ardınca digər bir xarici jurnalist onun Çin polisi tərəfindən təqib olunduğunu bildirib. Jurnalistlər qeyd edib ki, polislər bütün vasitələrlə onların iğtişaşları lentə almasına mane olmağa çalışıb.
Elnur Ənvəroğlu