İqtisadi tədqiqatlarla məşğul olan beynəlxalq qurum 2022-ci ildə dünyanın ən böyük şəhərlərində yaşayış minimumu ilə bağlı illik hesab dərc edib.
Ednews xarici mənbəyə istinadən xəbər verir ki, hesabatda son bir ildə yaşayış minimumu orta hesabla 8,1% artan 172 şəhər daxil edilib. Hesabatda dünyanın ən bahalı şəhərləri Nyu-York və Sinqapur hesab olunub.
Təl-Əviv, Honq-Konq və Los-Anceles ən bahalı şəhərlər kimi ilk beşlikdə yer alıblar. Tokio və Osaka reytinqdə müvafiq olaraq 24-cü və 33-cü yerlərə düşüblər. Bu da Asiyada qiymətlərin kəskin artımı ilə bağlıdır.
Suriyanın və Liviyanın paytaxtı Dəməşq və Tripoli ən kasıb şəhərlər sırasında yer alıb.
Yunis Abdullayev