Yeganə Nobel mükafatçısı bakılı alim ARAŞDIRMA

Maraqlı 13:01 05.12.2022

Maraqlıdır ki, biz görəsən, Nobel mükafatı qazanmış həmyerlimizi tanıyırıqmı? Əslən yəhudi olan, ancaq Bakı Dövlət Universitetində təhsil alan və bir müddət Azərbaycanda yaşayan bu dahini nə qədər tanıyırıq?

Lev Davidoviç Landau 1908-ciildə yəhudi ailəsində dünyaya göz açıb. Atası neft mühəndisi olub. Neftin çıxarılması barədə bir çox nəzəri məqalələr yazıb.

Landau 1916-cı ildə anasının müəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. On iki yaşında differrensial tənliyi, on üç yaşında inteqralları həll edə bilirdi. Landau on dörd yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını atan Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusi istedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayıblar. Artıq 1926-27-ci illərdə nəzəri fizikayla bağlı məqalələri çap olunur.

On doqquz yaşında Landau "Kvant nəzəriyyəsi”nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur.

Üfüq genişlənir…

Landau artıq bir ölkəyə sığmırdı və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur.

Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur.

Həbs…

SSRİ-də siyasi rejim sərtləşmişdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landao inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra Landau həbsdən buraxılır. Lev Landau xaricdən qayıdır.

Leninqradda alimlərlə yola getməyən Landau Xarkova yola düşür. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir.

Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir.

Azadlıq

Landaunun azad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəz olunmaz töhfələr verib.

Nobel və ölüm

1962-ci ildə Landau avtomobil qəzasına uğrayır. Bu qəzadan sonra alim üç ay komada olur. Bütün dünya fizikləri onun müalicəsi üçün müraciətlər edirlər.

Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib. 1962-ci ilin sentyabrayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər.

Xatırladaq ki, Landau ifrat axıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin travması alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.

1968-ci ildə dahi fizik Moskvada gözlərini əbədiyyən yumur....

Oğuz Ayvaz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Hamısı