Amerika Birləşmiş Ştatları dünyada bir ilkə imza ataraq arı balı peyvəndini istehsal ediblər. Bu peyvənd arı sürfələrini hədəf alıb onların çoxalmasını əngəlləyən bakteriyalara qarşı icad edilib. Peyvənd artıq ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq də alıb. Son illərdə təbiətdə sayı azalan arılar çiçək tozu yaymaq xüsusiyyətləri ilə ekosistemdə ciddi rol oynayırlar.
Peyvəndi icad edən Dalan Animal Health şirkətinin rəhbəri Annette Kleiser bu peyvəndin bal arılarını qorumaq üçün effektiv üsul olacağını bildirib. Peyvənd bakteriyaların qeyri-aktiv versiyasını özündə birləşdirən gel maddənin ana arıya yeridilərək sürfələrinin bakteriyalara qarşı immunitet qazanmasını təmin edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə ölkədə bal arılarının sayı 2006-cı ildən bəri azalmaqdadır. Bunun səbəbləri kimi parazitlər, xəstəliklər və bal arılarının ana arılardan ayrılması göstərilir. BMT Qida və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, arılar, quşlar və yarasalar kimi çiçək tozu ifraz edən canlılar qlobal bitki istehsalının üçdə birinin formalaşmasında mühüm rol oynayırlar. Arılarda rast gəlinən amerikan süfrə çürüklüyü xəstəliyi keçici xarakter daşıyır və bu günə qədər ona qarşı mübarizə üsulu tapılmamışdı. Bu yeni peyvənd dişi arıların yumurtalarına keçərək bala arılara çatır və onların bakteriyadan ölmək riskini azaldır. Şirkət bu il peyvəndin satışına başlayacaq.
Törə Zeynallı