Eynək taxan insanlar daha ağıllı olur? - ARAŞDIRMA - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Eynək taxan insanlar daha ağıllı olur? - ARAŞDIRMA

Maraqlı A- A A+

Bir araşdırma eynək taxmağın insanlar üzərində heyrətamiz təsirini təsvir edir. Eynək taxan birini görəndə istər-istəməz onun daha ağıllı olduğu fikrini alırıq. İnsanların çoxunun yaşadığı bu qavrayışın mənbəyi dəqiq bilinməsə də, böyük əksəriyyətin eyni şeyi düşündüyü bir həqiqətdir.

Ednews Haber Türk-ə istinadən xəbər verir ki, bu qavrayış təkcə eynək taxan insanların “daha ağıllı olması” ilə bağlı deyil. Edilən araşdırma eynək taxmağın hətta siyasi nəticələrə təsir edə biləcəyini göstərir.

Research Gate-də nəşr olunan və 2018-ci ildə 4 tədqiqatçı tərəfindən nəşr olunan təcrübədə siyasi uğur və eynək arasındakı əlaqə qiymətləndirildi.

Araşdırmada bu nəticə belə ifadə edilir: "Eynək taxmaq aydın şəkildə qəbul edilən səriştəni artırır. Bununla belə, eynək siyasətçilərin seçki uğurunu da artırır".

Araşdırmada daha bir maraqlı detal var tədqiqatçılar bildirirlər ki, liberal fikirləri dəstəkləyən insanlar eynək taxan siyasətçilərə daha yaxın özlərini hiss edir.

Araşdırmada vurğulanan başqa bir məqam bu tədqiqat yalnız Qərb əhalisi ilə aparılmışdır, çünki görünür eynəklərə baxış mədəniyyətə görə dəyişir.

Amerikada eynək taxmaq çox dəb olsa da, Hindistanda bu nisbət daha azdır. Ona görə də hind siyasətçisi eynək taxanda bunu zəka yox, zəiflik kimi qəbul edir. 

Aynurə İsmayılqızı 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...