Gözümüzün önündə uçuşan cisimlər - HANSI TƏHLÜKƏDƏN XƏBƏR VERİR? - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Gözümüzün önündə uçuşan cisimlər - HANSI TƏHLÜKƏDƏN XƏBƏR VERİR?

Maraqlı A- A A+
Gözümüzün açıq və ya qapalı olmasından asılı olmayaraq, bəzən soxulcana bənzər, ağ və ya şəffaf görüntüyə malik, hərəkətdə olan varlıqlar görürük. Əsasən yetkinlərin əksəriyyəti bunu yaşasa da, səbəbi çox vaxt məlum olmur.
 Əslində bunun maraqlı və sadə cavabı var. Bu da təfərrüatları...
 
 Bir çox insanlar gözlərini yumduqda və ya parlaq rəngə baxanda gözlərinin qarşısında qəribə formaların hərəkət etdiyinin şahidi olurlar. Qurda oxşayan bu formalar bəzən sap, bəzən də nöqtə kimi görünür. Bu formalara elmdə “Muscae volitantes” yəni uçan milçəklər deyilir. Bəs, bu formalar necə və niyə yaranır? 
 
Gözümüz, gözün böyük hissəsini dolduran şüşəvari maye adlanan və gel kimi olan şəffaf bir maddəyə malikdir. Bu maddə qan hüceyrələri, zülal və toxuma parçaları kimi kiçik cisimləri ehtiva edir. İşıq gözümüzün arxasına (torlu qişa) dəydikdə bu obyektlərin kölgəsi görmə sahəmizə daxil olur. Deməli, gördüyümüz qəribə formalar əslində kiçik cisimlərin kölgələridir. 
 
 Bunu görməyimizin səbəbi isə üzən nöqtələrdir. Onlar hərəkətdə olduğu üçün beyin tərəfindən bu cür qəbul edilirlər. 
 
Aytən Yaşar
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...