ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Marsda “Perseverance” kosmik aparatının əldə etdiyi ilk nümunələrin “qırmızı planet”də su olduğunu göstərdiyini açıqlayıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, NASA bunun Marsda həyatın mövcudluğuna böyük sübutlar verdiyini bildirib. Əldə edilən yeni nümunələr qədim lava axınlarından əmələ gəldiyini göstərən bazaltik tərkibə malikdir. Torpaq nümunəsi uzun müddətdir Marsda yeraltı suların mövcud olduğunu göstərir.
“Bu, Marsdakı maye suyun tarixidir. Bu, daha böyük suallara cavab verməyə kömək edəcək”, - NASA yetkilisi Mitç Şult deyib.
Eyni zamanda, tədqiqatçılar torpaq nümunələrində yeraltı suların buxarlandığı zaman əmələ gələ biləcək duzların olduğunu təsbit ediblər. Bu minerallar Marsın qədim iqlimi və yaşayış potensialına dair yeni dəlillər üzə çıxara bilər. Bu kimi minerallara Yerdə də rast gəlinir.
Oğuz Ayvaz