Elmira Aslanova dünyanın ən yüksək zirvəsi hesab olunan Eversti fəth edən ilk azərbaycanlı qadın kimi adını tarixə yazdırmağı bacarıb.
Ednews xəbər verir ki, Ukrayna vətəndaşı olan Elmira Aslanova mayın 19-da zirvəyə yürüşünü tamamlayıb. O, sevincini feysbuk hesabında bölüşüb:
“Uzun müddətdir arxasınca getdiyim, ağlasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım.
Amma Everest məni buraxmırdır... və 19 may 2023-cü ildə zirvəyə qalxmağı bacardım, beləliklə Everestə qalxan ilk azərbaycanlı qadın oldum. Buna görə çox xoşbəxtəm və fəxr edirəm”.