Evinizi mənfi enerjidən təmizləməyin ƏN SADƏ YOLLARI

Maraqlı 16:10 18.09.2023

Qonaq getdiyin evlərdə bəzən özünü ruhsuz, anlaşılmaz, naməlum hisslərin ağuşunda hiss edirsiniz. Sanki çiyinlərinizdə ağır yükün olduğunu duyursunuz. Demək olar ki, bu anları çoxlarınız yaşayıb. Bunun qarşısını almaq üçün evinizi pis enerjidən, gözlərdən təmizləməlisiniz. 

Ednews evinizi pozitiv enerji ilə doldura biləcəyiniz yolları təqdim edir:

1. Bunun üçün etməli olduğunuz ilk və ən vacib şey öz ağlınızı və ruhunuzu bütün o mənfi enerjilərdən təmizləməkdir. 

- Əvvəlcə özünüzü sağaltmaqla başlayın. Fikrinizi təmizləməyə və düşüncələrinizi daha mütəşəkkil şəkildə idarə etməyə kömək edəcək meditasiya və yoqa kimi üsulları sınaya bilərsiniz. Və ya sadəcə olaraq, suyun təmizləyici gücündən istifadə edib, ilıq duşla bütün günün pis enerjisindən xilas ola bilərsiniz.

2. Pəncərələri açın, evin döşəmələrini silin, zibilləri çıxarın, yorğan və yastıqlarınızı havalandırın...

- Havanın çirklənməsini aradan qaldırmaq və evinizə təmiz hava daxil etmək üçün pəncərələrinizi açın. Hava ruhunuzu, duyğularınızı və zehninizi yeniləyəcək. Hər səhər evinizi havalandırın, səmanın ovqatınızı yüksəltməsinə icazə verin. Otaqlar oksigenlə dolsun. Əsas odur ki, pəncərələrinizi uzun müddət bağlı saxlamamağa diqqət edin. Evinizdə zibil və ya qırılmış əşyalar saxlamayın.

3. Adaçayı və ya bir neçə dəfnə yarpağı yandırıb evinizdə gəzdirsəniz, enerjinin artdığını hiss edəcəksiniz.

- Min illərdir rituallarda istifadə edilən adaçayı evinizi pis enerjidən və pis gözlərdən təmizləmək üçün ən təsirli vasitədir. Qədim zamanlardan müdriklik simvolu kimi istifadə edilən dəfnə yarpağını yandırıb tüstüsünü evinizin otaqlarına yaya bilərsiniz. 

4. Otağın hər küncünə duz tökün və 2 gün orada saxlayın. Duz mənfi enerji yığacaq. Daş duzunun təsirindən də faydalana bilərsiniz.

- Xüsusilə yeni bir mənzilə köçmüsünüzsə, mənzilin əvvəlki sahiblərinin geridə qoyduğu pis enerjini təmizləmək üçün yaxşı bir yoldur. Daş duzunun mənfi enerjiləri cəlb etdiyi də deyilir, bunu dekorativ qaya duzundan ala bilərsiniz. 
Bir stəkana bir çay qaşığı duz qoyun və yarım stəkan sirkə tökün. Eyni miqdarda su əlavə etməklə yuxarıdakı prosesi tamamlayırsınız. Bu qarışığı evinizin görünməz bir küncünə qoyun. 24 saatdan sonra evinizdəki bütün neqativ enerji bu suya sovrulur.

5. Evinizin divarlarına və qapılarına lavanda yağı sürtməklə təbii otaq qoxusu yaradır və enerji dövranını gücləndirirsiniz.

- Lavanda yağı əhvalınızı yaxşılaşdıra və evinizdə müsbət atmosfer yarada bilər. Lavanda stressi uzaqlaşdırır, ağrıları aradan qaldırır. Evinizdə aromatik yağların yandırılması havanın təmizlənməsinə kömək edir, otağı canlandırır və əhvalınıza müsbət təsir edir. Müxtəlif yağları sınayın və ən çox bəyəndiyinizi seçin. Məsələn, lavanda yağı mənfi enerjini çıxarmaq və rahatlaşdırmaq üçün əladır. 

6. Sözlərin və melodiyaların gücünü evinizdə hiss edin. Evdən musiqisiz çıxmayın.

- Klassik musiqi ümumiyyətlə, tövsiyə olunur, klassik musiqinin müalicəvi gücü illərdir danışılır. Biz də sizə bir az da irəli getməyi və Pagan musiqisinin mistik gücündən faydalanmağı tövsiyə edirik. Bu sizə və evinizə istirahət verəcəkdir.
Təravətləndirici və əyləncəli musiqi dinləməklə yanaşı, musiqini müşayiət etmək də vacibdir.

7. Evdəki mənfi enerjidən xilas olmaq üçün evin bir küncünə limon qoya bilərsiniz. Limon mənfi enerjini təmizləməklə yanaşı, otağınızın xoş qoxusunu da verir.

- Yatarkən onu çarpayının yanında masanıza qoysanız, gün ərzində üzərinizdə yığılan mənfi enerjini yox edəcək, günə təzə enerji ilə başlamanıza imkan verəcək. Limon dərin və dinc yuxuya getməyinizə kömək edəcək sehrli formula hesab olunur.

Hətta deyirlər ki , limon duzla qarşılıqlı əlaqədə olduğu üçün otaqdakı mikrobları öldürür. Yaşadığınız məkanda bu təcrübələri mütəmadi olaraq etsəniz, evinizdə və özünüzdə əmin-amanlıq, sakitlik yaşayacaqsınız. Bundan əlavə, əvvəlki həftənin enerjisini sərbəst buraxmaq, yeni həftədə bütün gözəl imkanları həyatınıza dəvət edəcək.

8. Dağınıqlıqdan qurtularaq özünüzü daha azad hiss edin!

- Eviniz dağınıqdırsa, bu, əhvalınıza və psixologiyanıza təsir edəcək. Tədqiqatlardan biri müəyyən edib ki, çox dağınıqlıqla əhatə olunmaq beynində aydın düşünmə qabiliyyətinə mane olur. Dağınıqlıq beynin işləmə qabiliyyətinə mane ola bilər. Təmizləmənin ən sadə yolu, evdə otaqdan otağa keçmək, sınmış, ləkələnmiş və ya artıq istifadə olunmayan əşyalardan xilas olmaqdır.

9. Alqış sədaları sizi xilas edə bilir...

- Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.

Türk dilindən tərcümə: Oğuz Ayvaz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı