Hazırda dünyada əksər hakerlər çin dilində danışırlar.
Ednews gazeta.ru –a istinadən xəbər verir ki, bu barədə “Kaspersky Lab” şirkətinin rəhbəri Yevgeni Kasperski konfransda çıxışında bildirib.
Ən çox danışılan dillər arasında ispan və portuqal dilləri ilk sıradadılar. Rus dili dördüncü yerdədir, daha sonra isə siyahıda ingilis və türk dilləri gəlir.
Şirkət qeyd edib ki, kibercinayətkarlar hər gün daha da peşəkarlaşır, “daha təkmilləşmiş, daha pis” olurlar. Onlar bir-biri ilə daim əlaqədə olur və əsl dəstələrdə birləşirlər.
Qeyd edək ki, hazırda “Kaspersky Lab” 900-ə yaxın layihəyə başçılıq edir.
Xəyal Ramiz