NASA, alimlərin aylarla davam edən işindən sonra Osiris-Reksin nümunələrin toplanmasından məsul olan robot qolu tərəfindən göy cisimindən götürülmüş qaya və toz nümunəsinin olduğu kapsuldakı 35 vintdən son 2-nin çıxarıldığını bildirdi.
Ednews shift.del- ə istinadən xəbər verir ki, elm adamları ilişmiş vintləri çıxararkən nümunələri çirkləndirməyəcək və ya zədələməyəcək xüsusi alətlərdən istifadə edilməsi lazım olduğuna diqqət çəkiblər.
Bu məqsədlə, kapsulda istifadə üçün təsdiqlənmiş ən sərt metal olan yüksək keyfiyyətli cərrahi paslanmayan poladdan iki yeni alət hazırlanıb.
Sözügedən iki cihazın istifadə edilməzdən əvvəl komanda tərəfindən Johnson Kosmik Mərkəzindəki sınaq laboratoriyasında sınaqdan keçirildiyi bildirilib.
Xəyal Ramiz