Moskva Nikah və Vətəndaşlıq Qeydiyyatı İdarəsi (ZAQS) ötən il paytaxtda yeni doğulan uşaqlara verilən ən qeyri-adi adları açıqlayıb.
Ednews turkrus.com-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında 2023-cü ildə valideynlər övladlarına Feya, Blaqodariya, Rossiyana kimi adlar qoyublar.
Ellada, Malina, Vesna, Angela, Nektarina, Apreliya, Vselena, Severina ilin ən qeyri-adi adları sırasındadır.
Spartak adının ötən il Moskvada oğlanlar arasında daha çox sevildiyi və əvvəlki ilə nisbətən 4 dəfə daha çox seçildiyi bildirilib.
Xəyal Ramiz