Google-un süni intellektlə dəstəklənən axtarış sistemi xristian olduğu bilinən Barak Obamanı ABŞ-ın ilk “müsəlman” prezidenti elan edib. Məlum olub ki, Google-un axtarış bölməsinə inteqrasiya etdiyi yeni süni intellekt funksiyası istifadəçilərə bəzi yanlış məlumatlar verib.
Ednews ntv.com-a istinadən xəbər verir ki, ilk dəfə ABŞ -da təqdim edilən süni intellekt dəstəkli axtarış funksiyası tətbiq olunduqdan sonra 2 həftə ərzində sosial mediada müzakirələrə səbəb olub.
Bir istifadəçinin “ABŞ-da neçə müsəlman prezidenti olub?” sualına “ABŞ-ın müsəlman prezidenti Barak Hüseyn Obama olub ” - deyə cavab verdi.
"AI Baxış" adlı süni intellekt axtarış funksiyası axtarış bölməsinin yuxarı hissəsində suala verilən cavabların xülasəsini göstərir. Google, süni intellekt tərəfindən verilən bəzi yanlış cavabların şirkətin siyasətlərini pozduğu səbəbiylə silindiyini təsdiqlədi.
Xəyal