"Crew Dragon" kosmik gəmisi bu gün Yerin Şimal və Cənub qütbləri üzərində orbital uçuşa çıxıb.
“EDnews” xəbər verir ki , bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
“Fram2” adlanan missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilib. Missiya adını 19-cu və 20-ci əsrin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisindən alıb.
Kosmik uçuş bu gün Bakı vaxtı ilə 06:46-da Floridadan “Falcon 9” raketi vasitəsilə həyata keçiriləcək.
Üç-beş gün davam edəcək missiya çərçivəsində astronavtlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidələr aparacaq
Fatimə Mərdanlı//EDnews