Qış müharibəsində SSRİ-necə alçaldı?

Maraqlı 16:51 04.04.2025

İosif Stalin ordusunun 12 gün ərzində Finlandiyanı işğal edəcəyini gözləyirdi. Lakin bu müharibə Sovet İttifaqı üçün qanlı fəlakətə çevrildi.

1939-cu ildə dünya genişmiqyaslı münaqişənin astanasında idi. Yaponiya Çində qanlı kampaniya aparır, İtaliya Efiopiyanı işğal edirdi, nasist Almaniyası isə Avstriyanı özünə birləşdirərək, Çexoslovakiyaya təhdid edirdi. Bu fonda daha bir dramatik hadisə baş verdi: Finlandiyanın Sovet İttifaqının işğalına qarşı müqaviməti, yəni Qış müharibəsi.

“EDnews” xəbər verir ki, bu tarixi hadisələr haqqında "19FortyFive National Security" nəşrinin şərhçisi, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş zabiti Stiv Balestrieri məqalə yazıb.

Finlandiyanın sovet planlarını hiss etməsi

Finlər Stalinin torpaqlarını, xüsusilə də təbii sərvətlərini, o cümlədən nikel yataqlarını ələ keçirmək istəyini başa düşürdü. 1939-cu ilin avqustunda SSRİ və Almaniya arasında Molotov-Ribbentrop paktının imzalanması bu qorxuları daha da gücləndirdi. Polşanın işğalı və SSRİ ilə Almaniya arasında bölüşdürülməsindən sonra Stalin Finlandiyaya təzyiq göstərməyə başladı.

Sovet rəhbərliyi Leninqradın müdafiəsini gücləndirmək bəhanəsi ilə Finlandiya körfəzi yaxınlığında yerləşən adaların və Hanko yarımadasında hərbi-dəniz bazası üçün torpaq sahələrinin SSRİ-yə verilməsini tələb etdi. Əvəzində isə Finlandiyaya əhəmiyyətsiz bir hissə olan Kareliyadan kiçik bir ərazi təklif edildi.

Müstəqilliyini 1917-ci ildə qazanan Finlandiya bu tələbləri rədd etdi və Sovet İttifaqının təzyiqlərinə boyun əymədi.

SSRİ-nin böyük, lakin zəif hazırlanmış ordusu

Finlandiyanın imtinası Stalini qəzəbləndirdi və o, işğala hazırlaşmaq əmri verdi. Sovet ordusu kağız üzərində böyük görünürdü - onun 1 milyondan çox əsgəri var idi. Lakin bu qüvvənin yalnız 500 000 nəfəri Finlandiyaya qarşı cəmlənmişdi.

SSRİ texniki baxımdan da üstün idi - çoxsaylı tanklar, təyyarələr və artilleriya silahları var idi. Lakin 1937-ci ildə baş verən "Böyük Təmizləmə" ordunun effektivliyini ciddi şəkildə zəiflətmişdi.

1937-ci ildə Stalinin ordudakı təmizləmə əməliyyatı

Stalin müstəqil düşüncəli zabitlərə etibar etmirdi və 1937-ci ildə orduda genişmiqyaslı təmizləmə apardı. 30 000 hərbçi, o cümlədən yüksək rütbəli komandirlər edam edildi.

Bütün vacib vəzifələrə təcrübəsiz və zəif zabitlər təyin edildi. Bununla yanaşı, hərbi qərarları nəzarətdə saxlamaq üçün siyasi komissarlar təyin olunmuşdu.

Finlandiyanın kiçik, lakin yüksək döyüş ruhuna malik ordusu

Finlandiya ordusu kiçik idi, lakin yaxşı hazırlanmışdı. Müharibənin əvvəlində onun cəmi 33 000 əsgəri, bir neçə onlarla tankı və təyyarəsi var idi. Lakin səfərbərlik nəticəsində ordunun sayı 400 000-ə çatdırıldı.

Finlər şaxtalı qış şəraitinə uyğun döyüş aparmağı bacarır və ərazini çox yaxşı tanıyırdılar. Finlandiyanın müdafiəsini baron Karl Qustav Mannerheym idarə edirdi.

SSRİ-nin işğal planı və uğursuzluqlar

30 noyabr 1939-cu ildə SSRİ işğala başladı. Sovet tərəfi əsas hücumu Kareliya İsthmusu vasitəsilə həyata keçirmək istəyirdi və Finlandiyanın 12 günə təslim olacağını düşünürdü.

Lakin finlər Mannerheym müdafiə xəttində möhkəmlənərək Sovet tanklarını və piyadalarını uğurla dayandırdılar. Buzla örtülmüş göllər və sıx meşələr sovet texnikasının irəliləməsini çətinləşdirirdi.

"Molotov kokteyli"nin yaranması

Finlər sovet tanklarına qarşı sadə, lakin effektiv bir silah – "Molotov kokteyli" hazırladılar. İçərisinə yandırıcı maye doldurulmuş şüşə butulkalar tanklara atılır və onları alova qərq edirdi.

Fin ordusu Mannerheym xəttində Sovet İttifaqının 7 diviziyasını və 2 tank briqadasını məğlub edərək minlərlə əsgərini və 250-dən çox tankını məhv etdi.

Suomussalmi döyüşü - Finlandiyanın möhtəşəm qələbəsi

Mərkəzi Finlandiyada, Suomussalmi bölgəsində finlər Sovet İttifaqının 163-cü və 44-cü diviziyalarını tamamilə məhv etdilər.

Bu döyüşdə SSRİ 30 000-dən çox əsgərini itirdi, 43 tank və 270 hərbi maşın ələ keçirildi. Finlandiyanın itkiləri isə cəmi 900 ölü və 1 770 yaralı idi.

SSRİ-nin yenidən təşkilatlanması və müharibənin sonu

SSRİ-nin uğursuzluqlarından sonra Stalin ordunun rəhbərliyini dəyişdi və marşal Timoşenko ilə general Jukovu cəbhəyə göndərdi. Yeni komandanlıq möhkəm artilleriya atəşləri və ağır bombardmanlar təşkil etdi.

Finlandiya ağır itkilər verdiyinə görə 1940-cı ilin martında sülh sazişi imzalamağa məcbur oldu və ərazisinin 11%-ni SSRİ-yə verdi. Lakin bu müharibə SSRİ üçün siyasi və hərbi fəlakət oldu.
 
Finlandiyanın fədakarlığı və SSRİ-nin itkiləri

Finlandiya 25 000 ölü və 50 000 yaralı verdi. Lakin onlar öz müstəqilliklərini qorumağı bacardılar.

SSRİ isə daha böyük itkilərə məruz qaldı - 126 000 ölü və 188 000 yaralı.

Finlər "motti" taktikasından istifadə edərək Sovet ordusunu xırda qruplara bölərək məhv etdi. Lijçilərdən istifadə etməklə sürətli və gözlənilməz hücumlar təşkil edirdilər.

Bu müharibə Finlandiyanın kiçik, lakin güclü bir ordu ilə böyük bir imperiyanı necə məğlub edə biləcəyinin tarixi nümunəsi oldu.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı