ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç astronomik obyektin - ölməkdə olan ulduzun, qara dəliyin və supernova qalığının müşahidələrinə əsaslanan audiotreklər təqdim edib.
“EDnews” xəbər verir ki, bu barədə "MK.ru" "Telegram" kanalı yazıb.
Alimlər sonifikasiya adlı texnikadan istifadə edərək teleskop məlumatlarını kosmosun necə "səsləndiyini" eşitməyə imkan verən səslərə çeviriblər.
Hər bir kompozisiya qara dəliklərdən tutmuş, ulduz partlayışı zamanı enerji sıçrayışlarına qədər müxtəlif hadisələri əks etdirir. Musiqi obrazlarının yaradılmasında parlaqlıq və şüalanma intensivliyindəki dəyişikliklərə uyğun gələn fleyta səslərindən, sintez edilmiş tonlardan və elektron pulsasiyalardan istifadə edilib.
Bu yanaşma tədqiqatçılara kainatı yeni üsullarla təhlil etməyə kömək edir, geniş ictimaiyyətə isə onu yeni ölçüdə sözün əsl mənasında eşitməyə imkan verir.
Fatimə Mərdanlı //EDnews