Avropa Kosmik Agentliyinin "Solar Orbiter" adlı aparatı Günəşin qütb bölgələrinin ilk görüntülərini əldə edib.
"EDnews" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında xəbər verilib.
Alimlərin sözlərinə görə, bu nailiyyət cihazın 2025-ci ilin fevralından etibarən Günəşin ekvatoruna 17 dərəcə bucaq altında yaxınlaşması sayəsində mümkün olub. İndiyədək bütün müşahidələr, demək olar ki, yalnız ekvatorial müstəvidən aparılırdı. İndi isə tədqiqatçılar Günəşin cənub qütbünə unikal baxış əldə ediblər.