Qırğızıstan prezidenti yeni klipini təqdim edib - VİDEO | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Qırğızıstan prezidenti yeni klipini təqdim edib - VİDEO

Maraqlı A- A A+
İnternetdə bu gün 60 illik yubileyini qeyd edən Qırğızıstan prezidenti Almazbek Atambayevin musiqisinə yazılmış yeni videoklip yayılıb.
 
"Qırğızıstanım" mahnısına çəkilmiş videoklip dünəndən "YouTube" videohostinqində yayılıb. Bu, artıq müəllif-ifaçının dördüncü mahnısıdır və o, ilk dəfə qırğız dilində oxuyur.
 
Qırğızıstan prezidenti mahnılarını "şəhər romansı"nın müşayiəti ilə oxuyur. Yeni mahnı prezidentin vətəninə həsr olunub və orada dövlət başçısı "atalarının yurdu"nu sevdiyini qeyd edir. Mahnı respublikasnın gözəl dağlıq mənzərələrinin vizual təsviri ilə müşayiət olunur.
 
Qeyd edək ki, Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, A.Atambayev 60 illik yubileyi münasibətilə ailə üzvləri və dostlarına hədiyyə etmək üçün beş mahnı yazıb.

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...