Şimon Peres kim idi?

Maraqlı 14:19 28.09.2016

Şimon Peres (Perski) 1984-1986 və 1995-1996-cı illərdə İsrailin Baş naziri, 2007-2014-cü illərdə İsrailin prezidenti olub. O, 1923-cü ilin, 2 avqustunda  Polşanın Vişneva rayonunda anadan olub.

Ş.Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirmiş. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyib. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı dərindən bilib və yəhudi poeziyasının bilicilərindən biri olub. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş.Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir.
 
Peresin Fələstinə gəlişi
 
1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur. Maddi vəziyyətini yaxşılaşdırandan sonra ailəsini də yanına gətirir. Şimon Peres Təl-Əviv şəhərinin sayılıb-seçilən təhsil ocaqlarından olan "Belfur" gimnazisiyasını bitirdikdən sonra kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə məktəbində təhsilini davam etdirir. 1945-ci ildə o, gələcək həyat yoldaşı Sonya Qelmonla tanış olur. Peşə məktəbinin diplomunu aldıqdan sonra Ş.Peres bir müddət fermer kimi müxtəlif yerlərdə işləyir.
 
Ş.Peres İsrailin sayca 9-cu prezidentidir. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. "Avod" (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.
 
Vişneva rayonunun digər yəhudiləri kimi Perski ailəsi də sionist fəaliyyətə böyük maraq göstərirdi. Elə Şimon da çox keçmədən bu hərəkatın fəalına çevrilir. 1946-cı ildə isə gənc Şimon Ümumdünya Sionizm Konqresində iştirak edir. Burada o, hərbi çağırışçıların orduya cəlbi və İsrail ordusunun silah-sursatla təmin olunması işlərinə nəzarət edir. 
 
  O, dövlətdə müxtəlif vəzifələrdə çalışıb. İsrail Müdafiə nazirinin müavini seçiləndən sonra  hərb sahəsində qayda-qanun yaradıb. İsrailin gücləndirilməsində mühüm rol oynayıb. 
 
"Ərazilərin əvəzində sülh" siyasətinin müəllifi 
 
1992-ci ildə İsaak Rabin hökumətində Xarici İşlər naziri postuna təyin olunan Ş.Peres bu dövrdə ərəb ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə qaydaya salır, Fələstin Azadlıq Təşkilatı (FAT) ilə sülh danışıqlarının ideoloquna çevrilir. Təsadüfi deyil ki, onu "ərazilərin əvəzində sülh" siyasətinin müəllifi adlandırırlar. Ş.Peresin səyi nəticəsində 1993-cü ildə fələstinlilərlə, bir il sonra isə İordaniya hökuməti ilə müqavilə imzalanır. 1994-cü ildə Yaxın Şərq probleminin sülh yolu ilə həllində göstərdiyi xidmətlərinə görə, Ş.Peres İ.Rabin və Yasir Ərəfatla birlikdə Nobel Sülh Mükafatına layiq görülür.
 
1995-ci ildə İsaak Rabinin sui-qəsd nəticəsində həyatını itirməsindən sonra o, müvəqqəti olaraq hökumətə başçılıq etməklə yanaşı, ölkənin Müdafiə naziri vəzifəsini də icra edir. 
 
2001-ci ildə Ş.Peres Ariel Şaron kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri postuna təyin olunur. 1999-2005-ci ildə Ş.Peres yenidən iki dəfə Avod lideri seçilir. 2005-ci ilin yanvarında onun partiyası İsrailin Qəzza zolağından çəkilməsi məsələsini qəbul edir. Elə həmin il partiyadaxili mübarizədə məğlub olan Ş.Peres Ehud Olmertin rəhbərlik etdiyi Kadima partiyasının seçkiqabağı siyahısında ikinci şəxs olmağı qəbul edərək, bu partiyanın sıralarına daxil olur. 
 
"Uğurlu bəxtigətirməz"
 
Ş.Peres İsraildə daim "məğlub siyasətçi" imicini formalaşdırır. Belə ki, o, mübarizə apardığı beş seçkidə məğlubiyyətə düçar olmuşdu. Ona "uğurlu bəxtigətirməz" siyasətçi də deyilirdi. Çünki həmişə böyük siyasətdə olan Ş.Peres daim ölkənin ikinci şəxsi ola bilirdi. 2000-ci ildə keçirilən prezident seçkilərində Ş.Peres namizədliyini irəli sürsə də, Moşe Katsava məğlub olur.
 
2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəklinin 58-inin səsini toplaya bilir. İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir.
 
Ailəsi
 
Peresin 3 övladı və altı nəvəsi var. Ş.Peresin qızı professor Sviya (Siki) Valden ixtisasca filoloqdur. Böyük oğlu Yonatan aqronom və veterinar, kiçik oğlu Nexamiya isə pilotdur. Öz məsləyini tərk edərək, bizneslə məşğul olmağa başlayan Nexamiya "Pitanqo" investisiya fondunun rəhbəri seçilir. Tanınmış Hollivud ulduzu aktrisa Loren Bakal (Betti Coan Perski) də Şimon Pereslə qohumdur.
 
Ş.Peres ingilis və fransız dillərini bilir, rusca başa düşür. İsrail prezidenti 11 kitab müəllifidir. Onun qələmə aldığı kitablardan bir çoxu Ərəb-İsrail münaqişəsindən bəhs edir.
 
Özünü tərcüməçi kimi də sınamış Ş.Peres L.Tolstoy, C.Sartr, Alber Kamyu və bir sıra tanınmış yazıçıların əsərlərindən tərcümələr edib. Ş.Peres alman fəlsəfəsi, opera və teatrına da xüsusi maraq göstərir.
 
13 sentyabr 2016-cı ildə tromb səbəbindən beyninə qan sızmasından sonra Şiba Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirdilər. 27 sentyabrda onun səhhətində ciddi pisləşmə qeydə alınıb və növbəti gün ailə üzvlərinin ətrafında vəfat edib.
 
Peresin maraqlı məsləhətlərindən
 
- Bütün insanlar böyük potensiala malikdir, lakin onlar bir qədər tənbəldirlər. Nəyəsə nail olmaq istəyirsinizsə çox çalışmalısınız. Göydən heç nə düşmür. Biz çox çalışmışıq. Bunun nəyi pisdir? Mən bilmirəm...İnsanlar tətilə çıxırlar - bu vaxt itkisidir. Mən artıq 90 yaşındayam və heç vaxt tətilə çıxmamışam. Mənə deyirlər, "Sən dəlisən?Necə istirahət edirsən?". Mən işləməyi üstün tuturam. İşləməkdən zövq alıram. Və pessimist olmayın - bunun özü də vaxt itkisidir, xüsusən zamanın dəyişdiyi vaxtlarda.
 
- Bir çox insan xatırlamağı xoşlayır, amma təsəvvür etməyi yox - bu ən böyük səhvdir. Siz tarixə güvənə bilməzsiniz. Tarixçilər hakimiyyətdə olan güclü şahların yazarları olublar - onlar deməli olduqlarını deyiblər.
 
- Məndən tez tez keçmişdə yol verdiyim ən böyük səhvin nə olduğunu soruşurlar. Biz düşünürdük ki, bizim böyük arzularımız var. İndi isə biz görürük ki, onlar elə də böyük deyldi. Ən böyük haqda düşünmək lazımdır.
 
- Gənc nəsil möhtəşəmdir. Məni hirsləndirən onların siyasətçilərdən xoşlanmamalarıdır. Onlar deyir ki, siyasət bizlik deyl, əgər siz vicdanlısınızsa o zaman gedin vicdanlı siyasətinizlə məşğul olun. Bu mənim keçmişdən çıxardığm dərslərdi.
 
- İnsanlar məndən necə aktiv olmağın yollarını da maraqlanır. Bu çox sadədir. Öz uğurlarınızı və arzularınızı sayın. Əgər arzularınız çoxdursa, demək siz hələ də cavansız. Yox əgər əksinədirsə demək artıq qocalmısız.
 
 
Qeyd: Material hazırlanarkən "wikipedia"-dan istifadə edilib.

 


İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Hamısı