Foster + Partners memarlıq bürosu Əbu-Dabidə Şeyx Zaid adına Dövlət muzeyinin layihəsini təqdim edib. Layihənin müəllifi memar Norman Fosterdir.
Səadiyyət adasında tikiləcək kompleks formaca ekzotik quşların lələklərini xatırladır. Futuristik binanın üst mərtəbələrində sərgi zalları yerləşəcək, aşağı mərtəbələrdə isə kinoteatr, mağazalar, kafe, konfrans və rəsmi qəbullar üçün məkan, eləcə də tədris layihələri üçün kamera məkanları yerləşəcək. Muzeyin interyerləri ərəb dizaynının ənənəvi elementlərinin istifadəsi ilə müasir stildə tərtib olunacaq.
Qeyd edək ki, bu, məşhur memarlar tərəfindən BƏƏ-də ucaldılan sayca 5-ci mədəni mərkəz olacaq. Fosterin Səadiyyət adasında ucaldılacaq muzeyindən başqa, burada Zaha Hadidin layihəsi üzrə tətbiqi incəsənət Mərkəzi, Tadao Andonun müəllifi olduğu Dəniz muzeyi, layihəsini Jan Nuvelin hazırladığı Luvrun Əbu-Dabi filialı və Frenk Qerinin Əbu-Dabi Quqenhaym abstrakt incəsənət Muzeyi tikiləcək.
Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/bu-dabid-g-l-c-yin-muzeyi-tikil-c-k.html