"Eurasia Diary" The Guardina istinadən bildirir ki, Mərakeşdə dövlət televiziyasında yayımlanan proqramların birində aparıcı məişət zorakılığının qurbanı olan qadına üzündəki izləri necə təmizləmək haqqında məlumat verib.
2M telekanalında yayınlanan gündəlik Səbahiyyat proqramında vizajist gülüb danışa-danışa qadınlara üz-gözlərindəki yumruq qançırlarını kosmetika ilə gizlətməyi öyrədirdi.
Qadınlar bu makiyajın köməkliyi ilə gündəlik həyatlarında məişət zorakılığının izlərini asanlıqla ört-basdır edə bilərlər.
Vizajist qeyd edib ki, gözəlliyin bu sirrlərindən agah olmaq qadınlara gündəlik həyatında kömək edəcək.