Yanvarın 31-i və fevralın 1-də Brüsseldə keçirilən Vətəndaş Cəmiyyəti Forumu dünya ictimaiyyətini ən çox narahat edən məslələrdən biri olan miqrasiya məsələsinin müzakirəsi baxımından uyğun platformaya çevrilmiş oldu. Forumda bir sıra qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin, miqrantlar, qaçqın və məcburi köçkünlərə dəstək olan könüllülər və fəallar iştirak etdilər.
Avropa Birliyinin ondan çox üzv dövlətindən olan müxtəlif təşkilatlarla yanaşı 1992-ci ildə Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş Beynəlxalq Avrasiya fondu(BAMF) da onun sədri və köməkçisi Anastasiya Lavrina tərəfindən təmsil olunurdu.
Qeyd edək ki, miqrantlar və məcburi köçkünlərlə iş Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
“CBC”(Azərbaycan) telekanalının “Düzünü desək” verlişinə verdiyi müsahibəsində Anastasiya Lavrina Forumda müzakirə olunan əsas məsələlərdən danışıb və qaçqın, miqrant, eləcə də sığınacaq axtaranlarla işbirliyi sahəsində Azərbaycanla Avropa Birliyinin nə üçün əməkdaşlığı inkişaf etməli olduqlarına dair öz fikrini bildirib.