"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər" Təhsil Nazirliyi

Müsahibələr 11:20 19.06.2017
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin Trend-ə müsahibəsi
 
- Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na əyişikliklərin efilməsində əsas məqsədi nə idi?
 
- Dəyişikliklərin əsas məqsədi ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsidir.
 
- Bəs tədrisə qismən cəlb olunma (parttime) nədir və bu təhsilin qiyabi təhsilalma formasından fərqi nədədir?
 
- Tədrisə qismən cəlb olunma əyani təhsilalma formasının növüdür. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri (dərslərdə iştirak və s.) ödəməlidir.
 
- Parttime tələbə semestr ərzində neçə kreditə qədər fənn (fənlər) seçə bilər?
 
- Bir semestrə, tədrisə qismən cəlb olunan (parttime) tələbəyə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit müəyyənləşdirilir.
 
- Bəs tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində maksimum neçə kreditli fənlər seçməyə icazə verilir?
 
- Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.​
 
- Əgər tələbə bir semestrə 40 kredit götürəcəksə, bu, onun ali təhsil müəssisəsini tez qurtarmağa imkan vercəkdirmi?
 
- Bəli. Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez biitirə bilər.
 
- Fənni dinləmədən akademik borcu qalan tələbənin neçə fənn üzrə təkrar imtahan vermək hüququ var?
 
- İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
 
- Təkrar imtahanlar ödənişli əsaslarla təşkil edilir? Əgər belədirsə, ödənişin məbləği nə qədərdir?
 
- Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir.
 
- Tələbələr istənilən halda təkrar təşkil olunmuş imtahan üçün ödəniş ödəyəcək?
 
- Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə imtahan üçün ödəniş ödənilməlidir.
 
- Əgər tələbə təkrar imtahandan yenidən kəsilərsə bu zaman nə olacaq?
 
- İstənilən halda akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.
 
- Dəyişikliklərə əsasən tələbə yay semestrində neçə kreditə qədər fənn seçə bilər?
 
- Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
 
- Tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə hansı sərbəstlik verilmişdir?
 
- Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.
 
- Kimlər tyutor vəzifəsinə təyin oluna bilərlər?
 
- Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Hamısı