"Cinayət işi açılmayacaq" Oleq Kuznetsovun vəkili - ÖZƏL

Müsahibələr 11:57 11.08.2017

Bu yaxınlarda ermənilərin tanınmış rus tarixçisi Oleq Kuznetsova qarşı yeni kompaniya başlatdqları məlum oldu. Kuznetsovun erməni terrorizmi barədə yazdığı  “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Məzmununda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulan etnik nifrət hissini alovlandıran əlamətlərin olduğunu iddia edərək monoqrafiyanı yoxlamaq üçün cinayət işinin açılması barədə Moskva hüquq mühafizə orqanlarına müraciət olunub. 2015-ci ildə kitabın araşdırılmasına dair dörd ay çəkən analoji prosedur nəticəsində heç bir qanun pozuntusu aşkarlanmadı.

Oleq Kuznetsov Azərbaycan KİV-inə verdiyi müsahibədə bildirib ki, onu tanınmış moskvalı vəkil Elman Paşayev müdafiə edəcək.

Eurasia Diary-nin müxbiri Elman Paşayevlə əlaqə saxlayaraq onunla görüşüb. Ailəsi ilə birlikdə Bakıda olan Elman Paşayev Eurasia Diary-nin suallarını cavablandırıb.

Eurasia Dairy: Siz Oleq Kuznetsovla necə tanış olmusunuz?

Elman Paşayev: Özbək tarixçisi, publisist Şöhrət Barlası ermənilərin hücumlarından müdafiə etmiş beynəlxalq dərəcəli vəkil, yaxın dostum  Muxtar Mustafayev Oleq Kuznetsovu müdafiə etməyimi məndən xahiş etdi.  Şübhəsiz, mən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir insanı müdafiə etməkdən imtina edə bilməzdim, bu mənim üçün şərəfdir. Düşünürəm ki,  azərbaycanlı olan hər kəs mənim yerimdə olsaydı belə edərdi.

Oleq Kuznetsovla görüşənə kimi çoxları mənə onun erməni xalqının əleyhinə yazılar yazdığını demişdi. Lakin o kifayət qədər elmi əsaslarla danışan savadlı insan təəssüratı yaratdı. O, özündən nəsə yazmır, yalnız çoxsaylı mənbələrin təsdiqlədiyi tarixi faktlarla danışır.

Oleq Kuznetsovu sosial şəbəkədə həmişə oxumuşam. Əslində onun problemini başa düşürdüm. Hamı erməni lobbisinin dünyadakı fəaliyyyətindən xəbərdardır. Məsələn, Rusiyada bütün dövlət strukturlarında hətta ən yüksək vəzifələrdə etnik ermənilər çalışır. Həmçinin, KİV-nin də faktiki olaraq onlar tərəfindən idarə edildiyini demək olar.

O millətin deyil, terrorizmin əleyhinə  yazır. Tariximiz bizim sərvətimizdir. Biz ondan qopa bilmərik.

Bizim uzun söhbətimiz oldu, ona hüquqi məsləhət verdim. Elə hesab edirəm ki, yalnız borcumu yerinə yetirmişəm.

Kuznetsovun əsaslandırılmış cavablarından sonra məhkəmə iddiasından imtina edilmişdi. Lakin müstəntiqlə görüşdən iki saat sonra “yalançı rus siyasətçisi”nin “yalançı azərbaycan vəkili”nin müdafiə etdiyi deyildiyi sifarişli məqalə dərc olundu. Belə ki, erməni lobbisinin dəstəklədiyi ağır proses başlamış oldu. Beləcə şəxsiyyətin ləkələnməsinə yönələn təxribatçı mexanizm işə düşdü.

Vəkil kimi bəyan edirəm ki, Oleq Kuznetsovu təmənnasız müdafiə edirəm. Bundan əlavə, onun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ilə tanış olduqdan sonra Kuznetsova monoqrafiyasının ABŞ-da, xüsusilə də etnik ermənilərin sıxlıq təşkil etdiyi Kaliforniyada nəşriyyat xərclərinin ödənilməsi təklifini verdim.  

Eurasia Diary: Kuznetsovun məsələsi öz həllini tapıb?

Elman Paşayev: Yaxın zamanda Moskvanın Qərb dairəsi üzrə İstintaq komitəsinin cinayət işini qaldırımasından rəsmi şəkildə imtina etməsi barədə bəyanatını gözləyirik.

Eurasia Diary: Kuznetsov erməni təqibindən əziyyət çəkən yeganə adam deyil. Yəqin ki, sizə buna bənzər hallar tanışdır...

Elman Paşayev: Moldovanın eks-ombudsmanı və hüquq müdafiəçisi Aureliu Qriqoriuya da qarşı ölkənin erməni əhalisi arasında ayrıseçkilik salması ittihamı irəli sürülmüşdü.

Özbəkistanın tanınmış tarixçisi Şöhrət Barlas da 10 maddə üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Yüksək ixtisaslı vəkillər Fatimə Piriyeva və Muxtar Mustafayev onun hüquqlarını müdafiə edirdilər.  Özbəkistan Prokurorluğu cinayət işinin açılmasından imtina etdi.

Bu yaxınlarda Sumqayıtlı Rusiya vətəndaşı politoloq Denis Korkodinova Dağlıq Qarabağ konfliktini işıqlandırdığı üüçün təhdid dolu zənglər edilib.

Eurasia Diary: Onların hamısını nə birləşdirir və siz nə məsləhət görərdiniz?

Elman Paşayev: Erməni lobbisinin hücumlarına məruz qalan istənilən şəxsə öz hüquqlarını müdafiə etmək və qanunsuzluğun qarşısını almaq üçün peşəkar vəkilə müraciət etməyi məsləhət görərdim. Çünki onların fəaliyyəti rəsmi xarakter daşımır və insan faktoruna söykənir.

Vəkilin vəzifəsi odur ki, müdafiə edilən şəxs üçün maksimum rahat şərait yaratsın. Vəkil çalışmalıdır ki, müstəntiq bir sualı iki dəfə və hətta bir az da olsa yüksək tonda verməsin. Müstəntiqlə olan söhbət mütləq sənədləşdirilməlidir.

Müdafiə - incə sənətdir! Dünyada və eləcə də, Rusiyada qüvvədə olan qanun normalarını tətbiq etmək lazımdır.

Müsahibəni götürdü: Natalya Quliyeva

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
Hamısı