"Ədalət ölsə, saz da öləcək..." Aşıq Ədalət

Müsahibələr 20:56 14.09.2017
Mərhum Aşıq Ədalətlə müsahibəni təqdim edirik
 
Hər dəfə "Yanıq Kərəm"ə qulaq asanda, onu ilk dəfə ustad Ədalətin ifasında dinlədiyim yadıma düşür. Uşaq olardım... Bir dəfə Aşıq Ədalətin uca çinar ağacının kölgəsində sazı sinəsinə sıxıb gözlərini yumaraq "Yanıq Kərəm"i havasının "atasını" necə yandırdığını göstərirdilər. Şirvan aşıqlarının ustadı sayılan Aşıq Şakirdən başqa, heç bir aşığı bəyənməyən rəhmətlik babamın bu ifaya qulaq asandan sonra dilindən bəlkə də özü bilmədən "Adamın lap atasına od vurur" kəlmələri çıxanda, mən də təsirlənmişdim. Təsirlənmişdim deyəndə, Ədalətin "Yanıq Kərəm"i əməlli-başlı içimə qor doldurmuşdu. Lakin dağ boyda dədəmin kövrəlməyi məni də mütəəssir etmişdi. Bax, budur əsl sənət. İnsanın ruhunu yerindən oynadan sənətkarlırımız olub, var, yenə də olacaq. Sənəti belələri yaşadır....
 
- Ustad, son illər aşıq sənətinin UNESCO-nun "Qeyri-Maddi İrs" siyahısına salınması bu sahədə bir canlanma əmələ gətirsə də, irəliləyiş yavaş gedir. Aşıqların konsertləri az-az olur, telekanallarda aşıq musiqisinə az yer verilir...
 
- Məmməd Rahim deyirdi ki, hər aşiqin bir dövranı var. Mənim qeyrətim, kişiliyim, ixtiyarım əl verməz ki, deyim, aşıqlıq sənəti tənəzzülə uğrayıb. Aşıq sənəti daha da inkişaf edir. Pisniyyət adamlar var ki, gedib çayxanalarda, barlarda saz çalırlar. Bu, bir yandan zəmanənin tələbindən irəli gəlir: birtəhər dolanmalıdırlar, ya yox? Digər tərəfdən, aşıq el sənətkarıdı. Dədə-babadan gözümüzü açıb aşıqlarımızı çayxanalarda görmüşük. Aşıq Əsəddən, Aşıq Mirzədən, Qaraçı oğlu İbrahimdən tutmuş, Telli İbrahimədək... Onda çayxanaya "draxdın" deyirdilər. Həmin draxdınlarda aşıq dastanlar deyirdi. Özü də sifariş verdi-vermədi, hamı aşığın nəmərini göndərirdi.
 
- Ustad, sizin tərəflərdə hamı saz çalıb, söz qoşur. İncə dərəsində evində sazı olmayan kişiyə pis baxarlar, bunu bilirik. Mənim üçün maraqlıdır, sizdə bu sənətə maraq nə vaxtdan yaranıb və hansı aşığa görə bu sənətə maraq göstərmisiniz?
 
- Doğru buyurdunuz ki, bizim tərəfdə hər kişinin evində saz olar, hamı az-çox saz çalmağı, söz qoşmağı bacarar. Ancaq aşıqlıq sənəti ilahidən gələn vergidir. Gözümü açandan sənət mənimlə olub. Atam da sazçalan olub, ancaq sənəti işlətməyib.
 
- Kimin şəyirdi olmusunuz?
 
- Mən heç kimin yanında şəyird durmamışam. Özüm öyrənmişəm. Mənim ustadım Həzrət Əli (ə) olub. Mən gözümü açandan bu sənət məndə olub. Uşaqlıqdan saz çalmağı özüm öyrənmişəm.
 
- Bu gün Azərbaycanda aşıq sənəti bölgələr üzrə ayrılır. Qazax-Borçalı, Şirvan, Cənubi Azərbaycan və Göyçə aşıq məktəbi...
 
- Mən məktəb-müktəb bilmirəm... Aşıq sənəti ancaq saza bağlıdır. Mən Şirvan və yaxud digər bölgələrin aşıqlarının xətrinə dəymək istəmirəm. Aşıq kimə deyirlər, döşündə saz olan adama. Az, ya da çox bilməyinin fərqi yoxdur. Aşıq sənəti, mənim bildiyimə görə, birinci Cənubi Azərbaycanda yaradılıb. Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlının vətəni Cənubi Azərbaycandır. Sonra aşıq sənəti Türkiyəyə, oradan da Göyçə mahalına keçib. Göyçədən Borçalıya, oradan da Qazax-Gəncə mahalına adlayıb. Əgər bir adam əlində sazın bir pərdəsini düzəldə bilmirsə, mən ona aşıq demərəm.
 
- Ustad, bu gün hansı aşığın yeri görünür?
 
- Bu gün bütün ustadların yeri görünür. Rəhmətlik Azaflı Mikayıl deyirdi:
 
Azaflı Mikayıl, dərs al ustadan,
Şair Hüseyn olmaz hər yetən nadan.
Heyif, Aşıq Mirzə, köçdün dünyadan,
Yerin keçəllərə, səylərə qaldı.
 
Bu gün rəhmətlik Aşıq Əsədin, Aşıq Mirzə Bayramovun, Telli Məhəmmədin, Dədə Şəmşirin, İslam Yusubovun, Dəmirçi oğlu İbrahimin, Şişqayalı Aşıq Qaranın yeri görünür. Bunlar köhnə ustadlar olublar. İndi təzəlikcə rəhmətə gedənlərdən Aşıq Mikayıl Azaflının, Aşıq İmran Həsənovun, Aşıq Əkbər Cəfərovun yeri bilinir...
 
- Deyirlər, Səməd Vurğunla bağlı yaxşı xatirələriniz var...
 
- Rəhmətlik Səməd əmi deyirdi:
 
Qananlar məclisində əyləş,
Ləzzət al eyş-işrətdən,
Fəqət qanmazlar yanında
Gövhər düşür qiymətdən.
 
Mən Səməd Vurğunla çox oturub-durmuşam. Səməd əmi mənə "Beçə" deyərdi. Mənim çalğıma qulaq asandan sonra deyərdi ki, "sağ ol, a Beçə" və yaxud "anan ölməsin, a Beçə"... Səməd Vurğun iki yeri - bir Qərbi Azərbaycanın indiki İcevan rayonun Haqqıxlı kəndinin aşağısındakı Şinkar bulağını, bir də Qazaxdakı Damcılı bulağı xoşlayardı...
 
Bu gün çoxları deyir ki, Səməd Vurğunla oturub-durub, dostluq edib. Onların 90 faizi yalan deyir. Səməd Vurğunu hansısa şəhərdə yox, dağ kəndlərində tez-tez görmək olardı.
 
- Bir ara sizin, gitaraçı Rəmiş, Alim Qasımov və Qədir Rüstəmovla birlikdə konsertinizi təşkil etmək istəyirdilər. Həmin konsert niyə baş tutmadı?
 
- O zaman Qədirlə Rəmişi tapa bilmədilər. Ancaq sonradan Rəmişlə mənim konsertim oldu.
 
- SSRİ vaxtında hər rayonda Aşıqlar Birliyinin şöbələri açılırdı. Hətta elə rayonlar var ki, oralarda ümumiyyətlə, aşıq olmayıb. Bu nə ilə bağlıydı?
 
- O dövrdə zəmanə başqa idi, indi başqa. Onda saza maraq daha böyük idi. Vaxt vardı muğama heç kəs qulaq asmaq istəmirdi. Ancaq indi-indi qulaq asırlar. Misal üçün Şəkidə aşıq sənətinə o qədər də maraq göstərmirlər, amma Molla Cümə kimi böyük ustad Şəkinin Göynük kəndindən çıxıb. Bir də, aşıqların sayının çox olması pis deyil. Mən istərdim ki, hər evdə 4-5 saz olsun. Sazla papaq Azərbaycan xalqının simvoludur.
 
- Bir ara "Tütək səsi" filmində səslənən "Ruhani"ni kimin çaldığı ilə bağlı mübahisələr yaranmışdı. Həmin "Ruhani"ni kim çalıb - siz, Əli Quliyev, yoxsa başqası?
 
- Həmin "Ruhani"ni mən çalmamışam. Əli Quliyevin də çalğısı "Tütək səsi"ndəki "Ruhani"dən çox-çox yaxşıdır. Əgər Əli deyirsə ki, odu, səhv edir, uduzur. Həmin "Ruhani"ni Borçalı aşıqlarından kimsə ifa edib - ya Hüseyn Saraclıdır, ya da başqası. Əli Quliyev 5 il mənim yanımda şəyird olub. O, "Ruhani"ni "Tütək səsi"ndəki "Ruhani"dən qat-qat yaxşı çalır.
 
- Aşıq olmağın nə vaxtsa, peşmançılığını çəkmisinizmi?
 
- 74 yaşım var, şan-şöhrəti, çörəyi mənə bu qara saz verib. Niyə də peşmançılıq çəkim? Saz deyəndə Ədalət yada düşür, Ədalət deyəndə saz. Bəzən elə olur ki, o məni yenir, üstələyir. Bəzən kefim olmayıb, kimsə xətrimə dəyib, onda saz mənə deyib ki, "durmuşam qulluğunda". Ancaq çox zaman mən onu yenmişəm, demişəm "sən mənə tabesən, yoxsa ananı ağladaram. Hansı tərəfə tuturam, o tərəfə durmalısan".
 
İş burasındadır ki, sazın mənə verdiklərinin əvəzini ona ödəmişəm. Mən sazı 50 ölkədə tanıtmışam, sevdirmişəm. Saza 20-25 pərdə əlavə etmişəm. Bu saat nə istəsən, sazda çala bilərsən. Saza gözəl rütbə vermişəm, gözəl barmaqlar vermişəm. İndi sazı 300-400 dollara alırlar, ancaq o vaxt iki qırmızı onluğa alırdılar. Mənim bir sazım var, bu saat ona 5-6 min dollar pul verirlər. Ancaq qara sazın qiyməti yoxdu. Ədalət ölsə, saz da öləcək...
 
- Bəs, öz yerinizdə gələcəkdə kimi görürsünüz?
 
- Azərbaycanda nə qədər yaxşı saz çalan var, hamısının çalğısında mən özümü, öz barmaqlarımı hiss edirəm. Məcbur deyil ki, kimsə mənim yanımda 5-6 il şəyird dura. Bu gün texnika yaxşı inkişaf edib. Gedib, mənim ifalarım yazılan kasetləri qabaqlarına qoyub, qulaq asıb öyrəniblər. Mən öz yerimə rəhmətlik Xanları görürdüm. Düz 5 il mənim yanımda şəyird olub. Əli Quliyev də mənim şəyirdim olub. Bu saat mənim biləyimin sahibi Əli Quliyevdir. Mən ona demişəm ki, yerimi sənə verib gedəcəyəm.
 
- Ustad, ilk sazınız qalırmı, ondan indi də istifadə edirsinizmi?
 
- Bəli, birinci sazımı saxlayıram. Ancaq o mənə balaca gəldi. İndi istifadə etdiyim ikinci sazımdır. 65 ildən çoxdur, mənimlədir.
 
- Nə vaxtsa, kimsə sazınızı satın almaq istəyibmi?
 
- Yox, sazımı almaq istəməyiblər. Ancaq bir dəfə Ankarada papaq başımda gəzirdim. Bir nəfər yaxınlaşıb məndən soruşdu ki, "əfəndim, börkü satıyorsan?" Dedim, "mən də türkəm, türk börkünü satarmı?" Qaçıb aradan çıxdı.
 
Bağdadda isə insanlar saza tutya kimi toxunurdular. Bu sazı Xruşşov, Brejnev, Suslov, Andropov, Çernenko, Nikson görüb.
 
- Ustad, aşıqların xüsusi paltarı olur. Amma sizi o qiyafədə görməmişəm.
 
- Mən, vallah, həmin paltarı geyinməmişəm. Dəqiq aşıq paltarı olsa, geyinmək olar. Biri dedi Stalinskidi, biri dedi bolşevik paltarıdı. Əvvəllər aşıqların xüsusi paltarı olmayıb. Bəzəkli uzunboğaz corab geyinirdilər, şalvarın balağını içinə yığırdılar. Çarığın ipini də corabın üstünə dolayırdılar.
 
- Nə vaxtdır Bakıya köçmüsünüz, şəhərə öyrəşə bilirsinizmi?
 
- Rəhmətliyin nəvəsi, camaat Aya gedir. Mən də öz Bakımıza gəlmişəm də. Xalqımız sağ olsun, hər yerdə hörmət gördüm. Özüm də Prezident təqaüdçüsüyəm. Rayonda olanda, yoruldum, yoldaşıma dedim ki, "gedək bir az da Bakıda dincələk..."/Milli.az/
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
Hamısı