Etik Jurnalistika Şəbəkəsinin direktoru Ayden Vayt Dünya Mətbuat Azadlığı Günü ilə bağlı YUNESCO-nun Finlandiyada təşkil etdiyi xüsusi konfransda nitqdə hüquqi senzuralara yol açan nifrətin aşkar edilərək mübarizə aparılmasına dair müzakirələrə sədrlik edib.
Dünyanın aparıcı media orqanları təmsilçilərinin, media ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrdə jurnalistikanı etikaya təşviq etməklə kütləvi informasiya vasitələrinin mətbuat şuraları və ombudsmanları tərəfindən mediada nifrətə qarşı mübarizə cəhdləri öyrənilir.
Müzakirələrə dair fikrini bölüşən Etik Jurnalistika Şəbəkəsinin direktoru Ayden Vayt “Eurasia Diary”nin suallarını cavablandırıb.
A.Vayt bildirib ki, hazırda informasiya böhranına səbəb ölkələrdə hökümətlərin mediaya müdaxiləsinin və qadağalarının, korporativ casusluq və şəxsi məlumatların internetə çıxışı zamanı sui-istifadə meyillərinin artmasıdır.
Etik Jurnalistika Şəbəkəsi təhlükəli tendensiyanın qarşısını almaq üçün media nümayəndələrini keyfiyyətli jurnalistikaya və etik rabitəyə meyl etməyə səsləyib.
“Jurnalistlər peşə fəaliyyətlərini professional və obeyktiv icra etmələri üçün qorxusuz azad mühitdə fəaliyyət göstərməlidirlər” deyə A.Vayt müsahibəsi zamanı qeyd edib.
"Kütləvi informasiya vasitələrində etik dəyərlər demokratiyaya marjinal deyildir. Bu dəyərlər dünyadakı daxili senzuraya və mənfur rabitə böhranına qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir".
Etik Jurnalistika Şəbəkəsi münaqişə bölgələrinə fəaliyyət göstərən jurnalistlərin daha obyektiv və nifrtəsiz informasiyanı ictimaiyyətə təbliğ etmələri üçün yardım edəcək beş bəndlik qaydaları təqdim edib.
Qeyd edək ki, cari il müddətində EJŞ jurnalistika təhsili verən universitetlərlə əməkdaşlıq edərək, hökümət və vətəndaş cəmiyyəti nümayəndələri arasında yeni dialoqların qurulması, dolğun informasiya mübadiləsinin təmin edilməsi istiqamətində jurnalistikanın əsas dəyərlərini prioritet götürərək media savadlılığının təşviqi istiqamətində fəaliyyət göstərib.
“Hər kəsin haqqı var ki, azad söz sahibi olsun. Lakin, bu digərlərinə hörmət çərçivəsində və təhqir olmadan olmalıdır”, deyə media eksperti bildirib.
"Düzgünlük və şəffaflıq meyarları etik jurnalistikanın əsas elementləridir"
KİV-də qadınların rolu, bacarıq və vərdişlərinin artırılması məsələlərini də qeyd edən ekspert bildirib ki, media sahəsndə istənilən mübarizəyə qadınları cəlb etməklə yalnız uğur qazanmaq olar.
"Media ayrı-seçkiliyə təhrik edən gender stereotipləri aradan qaldırılması üçün daha çox səy görməlidir. Lakin, bu gün internet şəbəkəsində qadınlara nifrəti kökləyən yeni və yayğın təzyiqlər var və internet şirkətləri tərəfindən konkret mübarizə formaları tələb edir", deyə A.Vayt vurğulayıb.
Xatırladaq ki, Ümumdünya Mətbuat Azadlığı Gününün əsası 1992-ci ildə bir qrup jurnalistin Namibiyanın Vindhuk şəhərində toplaşması ilə qoyulub. Vindhuk Bəyannaməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində əks olunduğu kimi, ifadə azadlığının fundamental prinsiplərinin müdafiə edilməsi üçün çağırış idi.