Müharibə uşaq psixologiyasına necə təsir edir? Ekspert - ÖZƏL

Müsahibələr 09:36 21.09.2018

Kameranı silah bilən suriyalı qızın ürəkdağlayan fotosu  

Xəbər verdiyimiz kimi, bugün Beynəlxalq Sülh Günüdür. Hazırda dünyanın müxtəlif yerlərində gedən müharibələrdə yüz minlərlə insan həyatını itirir, fiziki və ya psixoloji travma alır. Müharibələrin ağrı-acısını ən ağır şəkildə yaşayan isə günahsız uşaqlardır. Bununla əlaqədar olaraq Eurasia Diary psixoanalitik Elmir Əkbərdən müsahibə alıb.

- İlk dəfə mərmi və güllə səslərinin eşidilməsi uşaq psixologiyasına necə təsir edir və bu onların gələcək həyatında özünü büruzə verirmi?

- Ümumiyyətlə mərmi və güllə səslərini uşağa təsirini o hələ ana bətnində olarkən göstərir. Hamilə qadının yaşadığı hər bir şey birbaşa dölə təsir edir, onun inkişafına ciddi problemlər yaradır.  Nəticədə uşaq hələ ana bətnində olarkən ilk travmasını alır.  Bilirik ki, ana düzgün qidalanmalıdır. Qadınlar müharibə dövründə  doğru-düzgün qidalanmır ki, bu da ikinci təsiri göstərmiş olur.  Dünyaya gələndən sonra uşağın təmin olunmalı olduğu ən vacib amil onun güvən və rahatlıq hissidir.  O arxayın olmalıdır ki, güvənli və problemsiz bir şəraitdədir. Bu hisslə biz onu təmin etməliyik. Əgər bu təminat olmursa uşaq gələcəkdə də  tam normal xasiyyətlə formalaşa bilmir. Müharibə şəraitindəki insanın hər anına, hər gününə, hər saatına böyük ümid yoxdur.  Ona görə də uşaq daim qorxur və təzyiq altında, “indi ölə bilərik, bu saat ölə bilərik, mərmi düşə bilər” deyə düşünür. Yəni, uşaq çox  körpə yaşlarından artıq düşmən anlayışına öyrəşir, hansı ki, bu olmalı deyil.  İnsanlar düşmən anlayışını böyük yaşlarda öyrənməlidir. Uşağa kiçik yaşlarından ətraf mühit onu sevən, onun qayğısını çəkən, ona dostcasına  münasibət bəsləyən bir  çevrə kimi tanıdılmalıdır.  Bu da pozulduğuna görə uşaq psixikasına çox ciddi zərbə vurur. Hələ mən o valideynləri həlak ola bilən, şikəst ola bilən, yaralana bilən uşaqları nəzərə almıram. Valideyni itkin düşmüş uşaqlarda gözləmə nevrozu yaranır.

- İnsan cəsədi və ya qan görmək uşaqlarda nə kimi psixoloji travmalar yarada bilər? 

- Ümumiyyətlə insan cəsədi, qan  və ya bu kimi şeylər nəinki uşağlarda, böyüklərdə də çox ciddi psixi travma yarada bilər. Uşaqlarda isə davranış pozuntularına, dərin depressiyalara səbəb ola bilər. Böyüyəndə belə uşaqlarda şəxsiyyət pozuntusu, müxtəlif sayılı nevrozlar olur və onlar şəxsiyyətlərini tam istədikləri kimi  inkişaf etdirə bilmirlər. Müharibə şəraitində olan uşaqlar o şəraitdən təcili surətdə uzaqlaşdırılmalıdırlar və onlar üçün çox ciddi reabilitasiya mərkəzləri açılmalıdır.  Orada onlara psixoloji və psixoterapik dəstək verməlidirlər.

Related image

- Azərbaycanın da yaşadığı bir problem qaçqın problemidir. Qaçqın və məcburi köçkün uşaqların  normal uşaqlarla bir arada yaşaması  və normal uşaqlarla ünsiyyətdə olması onlara hansı psixoloji təsirləri göstərir və hansı psixoloji problemlərin yaranmasına gətirib çıxarır?

- “Mənim”, “özümün” ifadələri çox önəmlidir. Ona görə də xarici dil öyrənəndə mənim kitabım, mənim qələmim ifadələrilə öyrənirlər. Qaçqın və köçkün düşmüş uşaqlar “mənim” anlayışından məhrum olurlar  Artıq onların heç bir “mənim”i  olmur.  Mən dəstək məqsədilə müxtəlif layihələrdə   yerlərini dəyişməli olan insanla təmasda olmuşam. Orada  uşaqların topu yox idi və corablardan top düzəldib oynayırdılar. Düzdür, uşaqlar bəzi məsələləri böyüklərə nisbətən daha asan qəbul edirlər və onlarçün bu elə də böyük, şəxsiyyətin təsdiqi kimi qiymətləndirilmir. Amma ki, uşaqların daxilində başqa problemlər olur. Xüsusilə, o uşaqların gəldiyi  cəmiyyət onları qəbul etməyə hazır deyilsə onlar çox ciddi natamamlıq  kompleksi yaşaya bilərlər.  Belə uşaqlara cəmiyyət qaçqın və köçkün deyərək ayrıseçkilik yaratmamalıdırlar. Çünki, bu diskriminasiyadır. Bunun da nəticəsi ona gətirir ki, uşaqlar çox ciddi natamamlıq kompleksi  ilə böyüyür və  gələcəkdə özünə inamsız olurlar.  Və eyni zamanda onlarda cəmiyyətin digər üzvlərinə qarşı aqressiya yarana bilər.

Related image

- Təsəvvür edək ki, müharibə şəraitində yaşamış, böyümüş bir uşaqla şəhərin mərkəzində böyümüş bir uşaq  gələcəkdə şəxsiyyətə çevrilirlər. Bu iki insan arasında hansı psixoloji fərqlər özünü göstərə bilər?

- Burada çox böyük fərqlər var. Müharibə şəraitində böyüyən uşaq bir çox şeylərdən məhrumdur.  Uşaq yaxşı təhsil əldə etməlidir, yaxşı  qiymətlər almalıdır, idman dərnəklərinə, şahmata, rəsmə, rəqsə getməlidir, müxtəlif xarici dillər öyrənməlidir. Ətraf aləmlə tanışlıq, təbiət qoynunda dərslər keçməlidir ki, bu şəraitin müharibənin baş verdiyi bir yerdə olması mümkün deyil. Çünki, hamı bilir ki, öz işində peşəkar olan mütəxəssislər müharibə olan yerdən müharibə olmayan yerə miqrasiya edirlər. Orada ciddi mütəxəssis çatışmazlığı problemi yaranır. Beləcə həmin uşaqlar Konstitusiya ilə onlara verilən təhsil hüququndan məhrum olurlar. Bu uşaqların savad və dünya görüşündə ciddi məhdudiyyət yaranır, ətrafındakı insanlara daha az dostcasına münasibət bəsləyir. İstənilən halda ailə və tərbiyədən asılı olaraq qayda-qanundan kənara çıxmalar da olur.    

Unutmayaq ki, onlar elementar hüquqlarından məhrum olmuş insanlardır. Uşaqların müharibənin qurbanına çevrilməsi bəşəriyyətin ən böyük cinayətidir. Beynəlxalq Təşkilatlar onların qarşısında borcludurlar.

Image result for palestine and israel conflict for kids

- Müharibədə valideynlərini və ya sağlamlıqlarını itirmiş uşaqların cəmiyyət tərəfindən psixoloji reabilitasiyası mümkündürmü? Mümkündürsə bunun nə kimi yolları var?

Onların reabilitasiyası vacibdir Bunun üçün həmin uşaqlarla bağlı psixoloji, psixopedoqoji, psixososial reabilitasiya proqramları həyata keçirilməlidir ki, onlar oz üzərlərində natamamlıq hiss etməsinlər. Çox yaxşı olar ki, bu uşaqlar üçün xüsusi layihələr, dünya ölkələrinə səyahətlər, yay məktəbləri təşkil olunsun.

- Azərbaycanda 20 yanvar, Mart soyqırımları məktəb və KİV-də işıqlandırılır. Bu məsələlər uşaqların revanşist və ya qəddar olmasına təsir göstərə bilərmi?

- Uşaqlar bu hadisələrdən uzaq tutulmalıdır. Bizə anormal düşüncə tərzində olan uşaq lazım deyil. Müəyyən yaşa qədər dəhşətli mənzərələri uşaqlara göstərmək hətta cinayətdir.  Müəyyən yaşdan sonra böyük psixologiyası da buna davam gətirmir. Bəzi səviyyəsiz verilişlərimiz isə uşaqların əqli imkanlarını artıran, vətənpərvərlik aşılayan verilişlərlə əvəz olunmalıdır”, deyə ekspert sonda bildirib.

Müsahibəni götürdü: Nicat İsmayılov

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

ABŞ süni intellektin enerji təminatını artırmağı planlaşdırır
08:08 28.06.2025
Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Hamısı