Türkiyənin Azərbaycandakı səfiri Yıldırım-İmamoğlu debatını şərh edib | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Türkiyənin Azərbaycandakı səfiri Yıldırım-İmamoğlu debatını şərh edib

Müsahibə A- A A+

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərdə namizədliyi irəli sürülən Binəli Yıldırım və Əkrəm İmamoğlunun 16 iyun debatına münasibət bildirib.

Diplomat "Report"a açıqlamasında bildirib ki, həmin debatı izləyib və yüksək dəyərləndirib:

“Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatını izlədim. Bunu çöx yüksək dəyərləndirirəm. Türkiyənin iki siyasətçisi xalqın qarşısına çıxaraq əhalinin problemlərindən danışdılar. Əminəm ki, mənim kimi bütün türk xalqı bu debatı yüksək qiymətləndirir”.

O xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək və İstanbul əhalisi öz bələdiyyə başçısını seçəcək: “Bilirsiniz ki, bu, 5 ildən bir həyata keçirilən seçkidir. Ümid edirəm ki, İstanbul əhalisi istədiyi namizədinə səs verərək öz bələdiyyə başçısını seçəcək. Bütün hallarda türk xalqı üçün xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Təkrar seçkilər iyunun 23-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...