MİQ müsabiqəsinin ölkə rekordçusu “Universiteti bitirəndən 5 il sonra kitab üzü açdım”

Müsahibələr 18:22 26.07.2019

“Kitabı əlimdən yerə qoymurdum. Mütaliə insanda alışqanlıq yaradır, oxuduqca daha çox oxumaq istəyirsən”. 

Bu sözlər müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində maksimum nəticə göstərən Süsən Məmmədovaya aiddir.

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

“İmtahan şəffaf keçirildi. Sualların dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə görə narahatlığım var idi”

Bundan əvvəl də bir neçə dəfə MİQ-də iştirak edən Süsən xanım nəhayət, istədiyi nəticəni əldə edib:

“İmtahan  şəffaf keçirildi. Sualların dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə görə narahatlığım var idi. Buna görə də, 3 dəfə suallara yenidən baxdım, heç bir dəyişdirilmə görmədim. Hər şey qaydasında idi. Heç bir imtahanda mənfi halla rastlaşmamışam.

2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Ədəbiyyatı sevdiyim üçün həmişə Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirdim. Bu, MİQ-də birinci iştirakım deyil. İlk dəfə 2015-ci ildə hazırlaşmadan,  38 bal topladım. Daha sonra, 2017-ci ildə iştirak edərək, 45 ballıq nəticə göstərdim. Goranboy rayonunda yaşayıram və ətrafdakı məktəblərdə vakant yer olmadığı üçün növbəti il  yenidən müsabiqəyə müraciət etməli oldum.  2018-ci ildə 46 bal toplasam da, yaşadığım əraziyə uyğun vakant yer tapa bilmədim”.

“Ali məktəbi 2010-cu ildə bitirsəm də ilk dəfə 2015-ci ildə kitab üzü açdım”.

Həmsöhbətimiz imtahana hazırlıq  prosesində də söz açıb:

Hərbiçi ailəsiyəm, rayonda yaşadığım üçün burda heç bir hazırlıq kursuna gedə bilmədim. Uzun müddət gecə-gündüz öz üzərimdə işləyirdim.  Əvvəllər ənənəvi dərsliklər  əsasında hazırlaşırdım. Bu ildən isə müasir kurikulum dərslikləri üzərində çalışdım istədiyim nəticəni əldə etdim.

Mən özüm oturub hazırlaşsam da bəzi şəxslər nəzarətsiz oxuya bilmirlər. Belə şəxslərin xüsusi hazırlıq kurslarına getmələrinə pis baxmıram. Amma insan kurssuz da öz üzərində işləyərək yaxşı nəticə göstərə bilər. Bir şeyi çox istəyib, qarşıya məqsəd qoyarıqsa, çox çalışıb istədiyimizi əldə edə bilərik. Ali məktəbi 2010-cu ildə bitirsəm də, ilk dəfə 2015-ci ildə kitab üzü açdım. Təhsildə bir çox yeniliklər olmuşdu. Kurikulum bizə bir qədər yeni anlayış idi, məntiq çətin gəlirdi. İldən-ilə oxuduqca daha yaxşı nəticə əldə edə bilərsən”.

“İlk dəfə aşağı nəticə əldə eləsəm də,  ruhdan düşməyib, öz üzərimdə çalışdım”

Süsən Məmmədova sonda, MİQ-dən iştirak edəcək gələcək namizədlərə məsləhət də verdi:

“Gələcəkdə imtahan verəcək namizədlərə ilk olaraq, motivasiyalarını yüksək tutmalarını məsləhət görərdim. Həvəsdən düşməsinlər, heç bir deyiləni eşitmədən sadəcə oxusunlar. Gec-tez nəticə əldə edəcəklər. Ötən il 45 bal toplayanda ağladım. Lakin ruhdan düşməyib, üzərimdə çalışdım. Nəhayət IV dəfə istəyimə nail oldum.

Mənim motivasiya mənbəyim övladlarım idi. Həyat yoldaşım hərbçidir və Aprel döyüşlərində də cəbhəyə yaxın ərazidə idi. Evimizə yaxın əraziyə mərmi düşdü. Yoldaşımın  təmas  xəttindən sağ qayıtmamaq ehtimalı da vardı. Bu vaxt  o olmadan məsuliyyətin mənim üzərimə düşdüyünü anlayıb, öz üzərimdə işləmək qərarına gəldim.  Məncə, uğurun sirri, həvəsdən düşmədən, əzmlə oxumaqdan ibarətdir.

Kitabı əlimdən yerə qoymurdum. Mütaliə insanda alışqanlıq yaradır, oxuduqca daha çox oxumaq istəyirsən”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Hamısı