Orta Şərqdə böyük qarşıdurma ABŞ-Rusiya-Çin üçbucağı dünyanı hara aparır?

ABŞ maraqları təhlükədə - Türkiyə, İsrail onu xilas edə bilərmi?

Müsahibələr 20:38 19.02.2021

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, Dəniz Qoşunlarının komandanı, general Kennet Makkenzi Yaxın Şərqdə ABŞ maraqlarına olan təhdidlər barədə geniş şəkildə çıxış edib. Fevral ayının 8-də Yaxın Şərq İnstitutunda verdiyi açıqlamasında Rusiya və Çinin regionda diplomatik, hərbi və iqtisadi mənalarda artan nüfuzundan narahatlığını ifadə edib.

Baş verən proseslərin ABŞ-ı ciddi rəqabətə sövq etdiyini bildirən Makkenzi toqquşma nöqtələrini də açıqlayıb. O deyib ki, Rusiya regionda nüfuzunu artıraraq “qlobal güc” kimliyini əldə etməyə çalışır. Moskvanın hətta Suriya və Sudanda daimi hərbi baza qurmaq planları da mövcuddur. Regiondakı münaqişələrin həllində və silah satışındakı fəallığı Rusiyanın Qərbə alternativ olmaq mövqeyini göstərir.

Çinin neft idxalının yarısı Yaxın Şərq regionunun payına düşür. Bu amil onu bölgənin dövlətləri ilə iqtisadi sahədə əməkdaşlığa yönləndirir. Çinin nəhəng “Kəmər və Yol” layihəsinin regionda Pekinin varlığını əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılır.

Bütün bu nüanslara toxunun general Makkenzi vəziyyətin ciddiliyini göstərməyə çalışıb.

Orta Şərq Araşdırmalar Mərkəzinin Şimali Afrika tədqiqatlar şöbəsində tədqiqatçı yardımçısı kimi fəaliyyət göstərən Burç Eruyqur baş verənlərlə bağlı Eurasia Diary-yə müsahibə verib.

- Niyə ABŞ generalı Rusiya və Çinin Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı narahatlığını açıq şəkildə bildirib? Onu belə düşünməyə vadar edən səbəblər hansılardır?

- Düşünürəm ki, Dəniz Qoşunları generalı Kennet F. Makkenzinin bu cür açıqlama verməsinin əsas amili bölgədə müşahidə olunan və getdikcə artan güc mübarizəsidir. ABŞ, Rusiya və Çin xarici siyasət strategiyaları və hədəflərindən dolayı bir-birləriylə bir çox formalarda toqquşurlar. Çin bu mübarizədə təzə olsa da, onun üçün bu bölgə “Kəmər və Yol” ambisiyasının əsas bir hissəsini təşkil edir. Bu təşəbbüs açıq şəkildə nə Vaşinqton tərəfindən dəstəklənir, nə də layihə çərçivəsində Çin ilə Pakistan arasında qurulan güclü əlaqələrə etiraz edən ABŞ-ın regional müttəfiqi Hindistan tərəfindən.

Bölgədə təcrid olunacağından qorxan Hindistan Çin-Pakistan İqtisadi Dəhlizi layihəsindən çox narahatdır. Pekinin Yaxın Şərqə və Avropaya durmadan yaxınlaşması, ABŞ üçün bu bölgələrdə varlığına və təsirinə böyük təhdiddir.

Rusiya məsələsinə gəlincə, xüsusilə Suriya münaqişəsi daxil olmaqla bölgədəki varlığını və təşəbbüslərini genişləndirməsi ABŞ-ın hərbi mövcudluğuna təhlükə törədir. Moskvanın bölgənin və xüsusilə Körfəz ölkələrinin enerji ticarətində söz sahibinə sahib olmaq istəyi özünün vacib enerji siyasətinə qarşı yarana biləcək problemlərin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. Mənim fikrimcə bu cür geosiyasi dinamikanın yaranması, ABŞ-ın bölgədəki nəzarətini və nüfuzunu itirməsi onun özünün Orta Şərqdəki siyasətinin azalması ilə bağlıdır.

- Rusiya və Çinin Yaxın Şərqdə nüfuzunun artması onları bir-birinə qarşı rəqibə çevirə bilərmi? ABŞ bu vəziyyətin yaranması üçün nə etməlidir?

- Biz beynəlxalq münasibətlərdə dünyanın regional güclərin müəyyən etdiyi təsir sahələrinə bölündüyü bir nöqtədəyik. Bu çərçivədə Rusiya və Çinin nüfuz dairələri Orta Asiya məsələsində ağır dərəcədə toqquşur. Beləliklə, bu xüsusi bölgədə onlar amansız rəqiblər kimi qəbul edilə bilər. Yaxın Şərq və Şimali Afrika regionunda Rusiya və Çinin münasibətlərini eyni qaydada nəzərdən keçirə bilmərik, lakin bunun yaranması üçün həmişə şərait var.

Uzunmüddətli perspektivdə “Kəmər və Yol” çərçivəsində Çin investisiyaları bölgədə tədricən siyasi təsir vasitələrinə çevrilə bilər. Çin bu investisiyaları enerji nəqlinə qoyarsa, o zaman bir növ rəqabət müşahidə edə bilərik. Çünki Rusiya Avropaya əsas enerji ixracatçısı olmağına dəyər verir, Yaxın Şərqdən və Körfəzdən gələn alternativ mənbənin yaradılması şübhəsiz ki, Moskvanın reaksiyası ilə nəticələnəcək. Bölgədəki hərbi bazaların olması ilə bu rəqabət hərbi baxımdan da müşahidə edilə bilər. Lakin bunun nə dərəcədə ola biləcəyini proqnoz verməyin hələ tez olduğunu düşünürəm. Ancaq ABŞ bu mənada bir rəqabət yaratmaq istəsə, ABŞ hər iki ölkəni hərbi mövcudluğunu gücləndirməyə sövq edən hərəkətlər edə bilər.

- Bu genişlənməni dəf etməyin ən yaxşı yolu nədir: aktiv müdaxilə və ya alternativ əməkdaşlıq yaratmaq?

- Düşünürəm ki, ABŞ-ın son bir neçə ildə yürütdüyü siyasət bu suala cavabdır. 2000-ci illərin başlanğıcında ABŞ bölgədə aktiv siyasət yürütməsi İraqda parçalanmış və qeyri-stabil dövlətin yaranması ilə nəticələndi. Bundan sonra baş verənlərin, yəni İŞİD-in yaranmasının, Dəməşqdə Ərəb baharı çərçivəsində inqilabların yaratdığı  qeyri stabilliyin əsasında güc boşluğu dayanır.

İnanıram ki, ABŞ bu baxımdan fikirlərini tədricən dəyişdirib və indi alternativ əməkdaşlıq və ittifaqların qurulmasına yönəlib. Bu, özünü Orta Şərq bölgəsində Ərəb-İsrail münasibətlərinin normallaşması prosesi ilə təzahür edir. Düşünürəm ki, bu, regionda Rusiya və Çin ekspansiyasını dəf etmək üçün doğru yoldur, çünki İraq və hətta Liviya məsələsində göründüyü kimi, aktiv siyasət yalnız gərginlik, qarşıdurma və qeyri-sabitliklə nəticələnir.

- Türkiyənin artan nüfuzu və Ərəb-İsrail barışığı ABŞ-a bu ekspansiyanı əngəlləmək üçün faydalı ola bilərmi?

- Bu baxımdan, Türkiyə məsələsinin maraqlı olduğunu düşünürəm, çünki bunun Yaxın Şərqdəki Rusiya və Çin ekspansiyasının qarşısını almağa həm müsbət, həm də mənfi təsir edə bilər. Bəzi mütəxəssislərə və alimlərə görə, Ankara özünü sadəcə “regional güc” olaraq deyil, yüksək səviyyəli “orta güc” kimi də ifadə edə bilər. Türkiyənin son on ildəki siyasi irəliləməsi və hərbi inkişafı onu xüsusilə NATO kontekstində ABŞ-ın həlledici və zəruri müttəfiqinə çevirib. Düşünürəm ki, Türkiyə öz marağı olduğu təqdirdə, ABŞ-ın Moskvanı və Pekini kənarda saxlamaq istəyinə kömək edə bilər.

Türkiyə ilə ABŞ arasındakı müasir ikitərəfli münasibətlər müəyyən fikir ayrılıqlarına sahibdir və 90 ildən çoxdur ki, bu  belədir. Bu fikir ayrılığı, PKK, F-35 razılaşması və S-400 baxımından olsun, Türkiyəni ABŞ-dan əhəmiyyətli dərəcədə uzaqlaşdırıb. Nəticə etibarilə, bu da Rusiya strateji tərəfdaşlığın əsasını qoyaraq ikitərəfli əlaqələrdəki məsafəni genişləndirdi.

Dəlilləri bu baxımdan nəzərdən keçirərkən ortaya belə bir sual çıxır: fikir ayrılıqlarına baxmayaraq Rusiya ilə bu qədər müsbət əlaqələri olması səbəbini nəzərə alaraq, Türkiyə ABŞ-a bu genişlənmənin qarşısını almaqda kömək etmək istəyir ya yox. Çünki hər iki hal müzakirəyə açıqdır.

Son olaraq, Ərəb-İsrail münasibətlərinin normallaşması məsələsinə gəlincə, bayaq dediyim kimi ABŞ bu məsələyə eyni cür baxdığını düşünürəm və bu, bölgədəki Rusiya və Çin genişlənmələrini əngəlləyə bilər. Qısası, Ərəb-İsrail məsələsi üçün daha qəti arqument gətirmək olar.

Müsahibəni aldı: Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
Hamısı