Pakistan və Azərbaycan arasında hərbi təlimlər zəruridir Pakistanlı ekspert

Müsahibələr 19:30 04.10.2021

Qarabağın Erməni işğalından Azərbaycan ordusu tərəfindən azad edilməsi, bölgədə müharibədən sonrakı vəziyyət və Azərbaycanın siyasi münasibətləri artıq dünya üçün aktual mövzuya çevrilib. 

Azərbaycanın apardığı vətən müharibəsi və erməni işğalına son qoyması bir çox dost və qardaş ölkələr tərəfindən yüksək dəyərləndirilib. 

İki qardaş ölkə Türkiyə və Pakistan 44 günlük müharibə zamanı Azərbaycan ordusunun və Azərbaycan xalqının yanında olduqlarını nümayiş etdirdilər. Hər iki ölkə lazım gələrsə Azərbaycanın özünü-müdafiə hüqunun təmin edilməsində və Azərbaycan xalqı ilə bərabər erməni işğalına son qoymaq üçün hərbi əməliyyatlarda iştirak etməyə hazır olduqlarını bəyan ediblər. 

Azərbaycanın Türkiyə və Pakistan ilə siyasi strateji və hərbi birliyi sarsılmazdır və bundan sonra da belə olacaq. 

Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı ilə bağlı Pakistanlı ekspert Məhəmməd Asif Nur EDNews.net-ə müsahibə verib.

Today.Az - Pakistan backs Baku's 'a forthright and strong manner' on  Karabakh issue

- 44 günlük müharibənin bitməsindən sonra Cənubi Qafqazda geosiyasi güclərin balanslaşmasını necə görürsünüz? 

- Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət tarazlaşdırılıb.  Müharibə Erməni təcavüzününün qarşısını aldı. Bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunduğu halda regionda geosiyasi vəziyyət hazırda Azərbaycanın xeyrinədir.

- Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibənin Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğunu düşünürsünüzmü?

- Münaqişə artıq bitib, lakin Ermənistanın təcavüzü hələ bitməyib. Beynəlxalq ictimaiyyət xüsusilə Azərbaycanın qələbəsindən sonra Ermənistandan gələn təhdidlərə qarşı diqqətli olmalıdır. 

- Bildiyiniz kimi, üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində Türkiyə, Pakistan və Azərbaycanın hərbi qüvvələri sentyabrın 12 – dən başlayaraq səkkiz günlük bircə  hərbi təlimlər həyata keçirdi. Sizcə, Pakistan Ordusu Azərbaycan Ordusunun möhkəmlənməsində rol oynaya bilər? 

- Bu cür hərbi əməkdaşlıq və məşğuliyyət peşəkar bilikləri və müharibə və hərbi strategiya ilə bağlı ən son detalları paylaşmaq üçün zəruri addımlardır. Pakistan və Azərbaycan arasında güclü strateji və peşəkar əlaqələr mövcuddur və illər keçdikcə bu əlaqələr tədris prosesini daha da təkminləşdirdi. Bir çox azərbaycanlı kursant İslamabadda Milli Müdafiə Universitetində təhsil alır və bununla bərabər birgə hərbi təlimlər daxil olmaqla hərbi sahə üzrə mübadilə proqramları mövcuddur. Bu hər iki tərəf arasında qarşılıqlı tədris prosesidir. 

- Bildiyiniz kimi, Pakistan və Türkiyə ötən ilin sentyabrında başalayan 44 günlük müharibə zamanı Azərbaycana dəstək verdilər. Fakt olaraq Azərbaycanın qələbəsi  sizin üçün gözlənilən idimi? 

- Müharibədə qələbə proqnozlaşdıra bilməzsən. Müharibə hər zaman xaos və qeyri -sabitlik gətirir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan hərbi əməliyyatlara başladı. Müharibə Azərbaycan üzərində tətbiq edilmişdi və özünümüdafiə hüququ adı altında Azərbaycac qisas almalı və tam güclə cavab verməli idi. Müharibənin ağır yükünü yalnız günahsız insanlar çəkir. Ermənistanda təcavüzkar siyasi qüvvələr öz xalqını və bölgədəki xalqların müharibədən ciddi şəkildə zərər çəkmələrinə səbəb olublar və bunu boyunlarına almırlar.  İstənilən səviyyədə erməni təcavüzə son qoyulmalı idi. Beynəlxalq birliyi sülhü və sabitliyi qorumaq üçün bu məsələdə daha ciddi fəaliyyət göstərmələrini çağırıram. 

- İyul ayında Türkiyə, Azərbaycan və Pakistan parlament sədrləri üçtərəfli əməkdaşlığın inkişafı haqqında Bakı Bəyannaməsini imzaladılar. Bakı Bəyannaməsinin üçtərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətini necə dəyərləndirərdiniz? 

- Pakistan, Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr keçmişdən bu yana uzun müddət mövcuddur. Bakı bəyannaməsinə gəldikdə isə Türkiyə və Pakistan 44 günlük müharibədən sonra yenidən Azərbaycanla həmrəy olduqlarını nümayiş etdirdilər.  Bakı bəyannaməsinin imzalanması Türkiyə və Pakistanın hər zaman Azərbaycanın yanında olacaqlarını təsdiqləyən bir mesaj idi. 

- Pakistan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq hansı səviyyədədir və hər iki ölkə hansı sahədə əməkdaşlıq edə bilər? 

- Pakistan və Azərbaycan arasında  güclü hərbi əməkdaşlıq var. Bununla bərabər hər iki ölkə müdafiə istehsalı sahəsində də əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, Pakistan və Azərbaycan hərbi əməkdaşlıq üzrə İşçi Qrupu yaradıb və hər iki ölkənin hərbiçiləri arasında bir sıra danışıqlar təşkil edilib. Pakistanın hərbiçiləri  bir çox Azərbaycan hərbiçilərinə təlimlər keçib. Digər önəmli məqam isə Azərbaycan və Pakistan arasında Pakistanın JF-17 qırıcıların alınması ilə bağlı danışıqlar gedir. Azərbaycan, həmçinin PakistanınSuper Mushak təlimçi təyyarələrin alınmasında da marğı var. Tarixə baxsaq Bakı və İslamabad  2002 -ci ildə hərbi və müdafiə sahələrində iki tərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar.  Azərbaycan 2013 -cü ilin mart ayında Pakistan tərəfindən təşkil edilən "AMAN 2013" Hərbi Dəniz Təlimində iştirak edib.  2014 -cü ildə hər iki ölkənin müdafiə nazirlikləri başqa bir ikitərəfli hərbi müqavilə imzalayıblar. Daha sonra birgə işçi qrupunun iclasları İslamabad və Bakıda mütəmadi olaraq keçirilibdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Hamısı