“Quran-i Kərimdə Azərbaycanın adı keçir” Tədqiqatçı-alim Seymur Nəsirovla MÜSAHİBƏ

Müsahibələr 12:00 21.12.2022
Müasir dövrdə 22 ölkədən ibarət olan Ərəb dünyasının əsas ünsiyyət vasitəsi sayılan ərəb dili nə vəziyyətdədir? Əvvəllər “molla” streotipi ilə yanaşılan ərəb dili nə zamansa bundan xilas olub Avropa dilləri sırasına daxil ola biləcəkmi? Bu mövzu ilə bağlı geniş təcrübəyə malik olan və bu sahə ilə bağlı geniş tədqiqatlar aparan Qahirə Universitetin doktoru və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovla həmsöhbət olduq. O, ərəb dili ilə ana dilimizin əlaqələri, hətta Quran-i Kərimdə Azərbaycanın adının keçdiyini elmi cəhətdən sübut edib.
 
Ednews tədqiqatçı-alim Seymur Nəsirovla olan müsahibəni təqdim edir:
 
Seymur Nəsirov: “Peyğəmbər Əliyə deyib ki, Azərbaycandan gələn ipəyi...” –
 
- Bildiyimiz qədər Quran-i Kərimdə Azərbaycan və Bakı nefti ilə bağlı məlumat keçir. İstərdim bu haqda danışasınız.
 
- 25 ildən çoxdur ki, Misirdə Azərbaycanla bağlı tədqiqatlar aparmışıq. Biz könüllü olaraq Vətənə xidmət etmişik. Bu mövzuda 100-150 azərbaycanlı alimi haqqında iki kitabım dərc olunub: 1-ci kitabım "ərəb mənbələrində azərbaycanlı alimlərin həyat və yaradıcılığı", ikinci isə dünyaca məşhur olan “Dar Alsalam” kitab evində sentyabr ayında çap olunan  "Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri" adlı kitabdır. Bu tədqiqatlar əsasında Azərbaycanla bağlı dəyərli və bir o qədər də qürurverici məlumatlar ortaya çıxdı.
Həmçinin, XI əsr ərəb alimi Əbu Tahir əs-Siləfi isə elm və ədəbiyyat sahəsində Qərbdə Əndəlusun (İspaniya), Şərqdə isə Azərbaycanın xüsusi rolundan qeyd edib. Apardığımız araşdırmalara görə, ərəb mənbələrində əslən azərbaycanlı olan 700-dən çox alimlərin adları keçir. “Ğaşiyə” surəsinin 16-cı ayəsində Allah-təala cənnətdən söhbət açarkən deyir ki, oranın örtükləri zərabiydir. İslam dünyasının ən mötəbər tunisli alimi İbn Aşur “Əl-Təhrir və əl-Tənvir” adlı təfsir kitabında qeyd edir ki, “zərabiy” əslində “zərbiyə”nin cəmidir. “Zərbiyə” də “əzribiyədir”. “Əzribiyə” isə Azərbaycandır. Deyir ki, bu ölkə xalçaçılıq sənəti ilə çox məşhurdur. Onu da qeyd edim ki, bizim bədnam qonşularımız bunu təkzib etsələr də, alimlə eyni əqidədə olmayanlar belə onun təfsirini qəbul edirlər. Vətənimin adının Qurani-Kərimdə olması bizim üçün çox sevindirici haldır.
Qurani-Kərimdə həmçinin, Bakı nefti ilə bağlı məlumatlar var. İbn Aşur həmin mötəbər əsərində “Kəhf” surəsinin 86-cı ayəsində Zulqərneynin səfərindən danışır. Alimin sözlərinə görə, o, elə bir yerə gəldi ki, günəşin batacağı yerdə qara palçığa bürünmüş saf olmayan çeşmələr vardır. Bu gün kimin yanına gedib soruşsanız ki, qara palçığa bürünmüş saf olmayan çeşmə nədir, hamı deyəcək ki, neftdir. İbn Aşur da deyir ki, Zulqərneynin olduğu yer Bakı şəhəridir. Çünki bu bölgədə əsrlərdən bəri çox məşhur neft quyuları var. Bu da açıq-aşkar Zulqərneynin paytaxtımıza gəldiyini və bu çeşmələrin Bakı nefti olduğunu aydın göstərir.
 
- Ərəb ölkələri arasında Azərbaycanla sıx əlaqəsi olan, o cümlədən Qarabağ hadisələri, Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı xəbərlər Misirə çatdırılırmı?
 
- Ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələr hər zaman yüksək səviyyədə olub və bu əlaqələr hələ də davam etməkdədir. Azərbaycanlılar Ərəb ölkələrində hər zaman böyük nüfuza malik olublar. Ancaq Misirlə olan əlaqəmiz ta qədim zamandan başlayıb. Daha dəqiq desək, bu əlaqələr İslamın Azərbaycana daxil olduğu dönəmlərdə Misir və Şam qəbilələri Azərbaycana köç etməsindən sonra yarandı. Misirlə olan sıx əlaqələrə tariximizdən də şahidi olmuşuq. Azərbaycanda çoxlu sayda ərəb dilli kənd adları mövcuddur.
Müharibə dönəmində Misirin dəstəyini xususi müşahidə etdik. Bildiyimiz kimi, Misir, Qoşulmama Hərəkatını təsis edən ölkələrdən biridir. Həmən dönəmdə də qurumun bizə olan dəstəyini açıq şəkildə gördük. Biz şəxsən, 44 günlük müharibə ərəfəsində ərəb mediasında 100-dən çox məqalələr dərc etdik. Siyasi əlaqələrdən savayı, həm də ticari əlaqələrimizdə həmişə inkişaf edib. Həmçinin, prezidentimiz İlham Əliyevin Əlcəzairə səfəri zamanı öz çıxışında Ərəb və İslam ölkələrinin dəstəyini və əlaqələrin yüksək səviyyədə olduğunu açıq-aşkar vurğulayıb.
 
- Hazırda ingilis dili beynəlmiləl dil olmaqla yanaşı, cəmiyyətin ikinci dilinə çevrilib. Sizcə yaxın gələcəkdə ərəb dili "molla dili" streotipindən çıxıb, beynəlxalq dil səviyyəsinə qalxa biləcəkmi?
 
- Ərəb dili tarix boyu elm və ədəbiyyat dili olub. Son əsrdə Ərəb ölkələrində cərəyan edən hadisələr əsasında, həmçinin dilin də dünyadakı məkanı zəifləməsi onun “molla dili” olmasına dəlalət etmir. Astronomiya, riyaziyyat elmlərinə nəzər yetirsək, terminlərin əksəriyyəti məhz ərəb dilindədir. Bunu Şərqlə bərabər, həm də Qərb ölkələri də qəbul edib, istifadə etməkdədir. Hazırda günü gündən inkişaf edən Ərəb ölkələr dilə də öz təsirini göstərib. Qeyd etmək istərdim ki, ərəb dili BMT-də rəsmi dillər arasında da yer alıb. Bütün dünyada hər ilin 18 dekabr tarixində rəsmi "Ərəb dili" günü kimi qeyd edilir. Ərəb dili həmçinin, 2 milyarda yaxın sayı olan hər bir müsəlmanın öyrənmək istədiyi zəngin bir dildir. Ölkəmizdə ərəb dilinə olan tələbatın artması da buna dəlalət edir. Biz, Qahirə universitetinin şərq bölməsində Azərbaycan dilini tədris etməklə yanaşı, Ərəb dili bölməsində də azərbaycanlı mütəxəssislər yetişdirmək üzrə çalışırıq.
 
- Ərəb dilindən danışarkən, digər bir sual da bizi düşündürür. Bəs Misirdə Azərbaycan dilinə olan maraq hardan qaynaqlanır?
 
Misirdə Azərbaycan dilinə qarşı böyük bir rəğbət var. 20 ildən çoxdur ki, Misirdə Azərbaycan dilini tədris edirik. İlk öncə fərdi şəkildə tədris etsək də, daha sonra Qahirənin mərkəzində böyük bir diaspora mərkəzi təsis edərək, ana dilimizi kütləvi və daha çox imkanlarla tədris etməyə başladıq. Burada dünyanın 39 ölkəsindən gələn 420-dən çox tələbə ödənişsiz təhsil alır. Bu diasporada Azərbaycan dili ilə yanaşı, ərəb dili və ədəbiyyatı, ərəb xəttatlıq sənəti, məntiq elmi, Quran-i Kərimin qiraət sənəti üzrə təhsil verilir. Təqribən ildə 100-dən çox misirli tələbəni ana dilimizin öyrənilməsinə cəlb edirik. 1000-dən çox misirli tələbənin dilimizi mənimsəməsində böyük rolumuz olub. Vurğulamaq istərdim ki, ana dilimizi belə təsis edən bir sistemə dünyanın heç bir yerində rast gələ bilməzsiz.
Cənab prezidentin diaspora ilə görüş zamanı tələbi ondan ibarət idi ki,  bizlər xarici ölkələrdə layiqincə Azərbaycan dilini tədris edək. Dilimizi tədris edərək, ölkəmizin mədəniyyətini, tarixini təbliğ etmiş, həmçinin özümüzə dost qazanmış oluruq. Mən və həyat yoldaşım bu sahədə xidmət göstərərək, tədrisin daha da inkişafı üçün əlimizdən gələn hər cür dəstəyi verməkdə davam edirik.
 
Rəna Mürşüd
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Hamısı