Xocalı əsiri: “Meşədəki kolların sayı bilinirdi, donmuş insanların isə yox” MÜSAHİBƏ

Müsahibələr 16:01 26.02.2023

Bu gün Xocalıda yaşanan dəhşətli soyqırımdan 31 il keçir. O, amansız gecənin şahidlərindən Əbülfət Kərimov yaşadıqlarını heç vaxt unutmayacağını deyir.

Xocalı faciəsi zamanı əsir düşmüş Əbülfət Kərimovun Ednews-a müsahibəsini təqdim edirik:

- O günlərdən danışın. Ailə üzvlərinizdən kimləri itirdiniz?

-  Atam ikinci dünya müharibəsinin iştirakçısı olub, ayağını itirmişdi. Lakin canı sağ idi. Xocalı soyqırımında atam itkin düşdü. Anamı isə 2 il bundan əvvəl itirmişəm. O son nəfəsinə kimi Xocalı deyirdi...

Əsgərlikdən sonra Dağlıq Qarabağ Muxtar vilayətinin sovet dövründə  60 illiyi adına elektro-texnixa zavodu var idi. Orada 10 ilə yaxın işləmişəm. Həmin zavodda Ermənilərlə birlikdə işləyirdim. Çünki o vaxtı Erməni-müsəlman söhbəti yox idi. 1988-ci ildə o vaxt ki, Lenin meydanında bir sıra nümayişlərdə oldum.  O vaxtı televizor yox idi, elə bil ki, başqa bir dünyadasan qışqırıq səsləri, çoxlu insanlar var idi.  Elə oldu ki, sonuncu dəfə 4 ermini ilə davam oldu. Üstümə düşdülər, işdən çıxdım. Daha sonra kəndimizə qayıtdım. Kənddə südçülük  ferması var idi, orada işə başladım. Bir müddət sonra hadisələr başlayana qədər avtomobil dəstələrinin Xocalı filialında mexanik işlədim.  Yadıma gəlir ki, səhərlər işdə olanda gecələr növbəli şəkildə postlarda dururduq. Birinci Qarabağ müharibəsində Xocalı özünü müdafiə batalyonun üzvü olmuşam. 

- O günləri necə xatırlayırsınız?

- Xocalı elə mühitdə idi ki, hər bir cəhətdən əlverişli yerdə idi. Çünki aeroport, dəmir yolu, avtomobil yolu Xocalıdan keçirdi. Deməli, Ermənilər Xankəndi-Əsgəran arasında olan dağla gediş-gəliş edirdilər. Xocalıya girə bilmirdilər. Bizim uşaqlar onların maşınını qırıq-qırıq edirdilər. Buna görə də yol bağlı idi. Bu yol 16 km idi. Ermənilər bu yolu keçmək üçün dağdan istifadə edirlər, bu da onlar üçün çox çətin və əlverişsiz idi. Xocalı elə bil nəlbəkinin düz ortası idi. Qıraqları dik, ortası dayaz. Yanımızda olan hər bir kənd isə erməni kəndləri idi.  Elə bir yerdə yaşayırdıq ki, nəinki qonşu kəndlərlə hətta Azərbaycan ilə əlaqəmiz yox idi. Noyabrda axırıncı təyyarə vurulandan sonra bizim yerdən-göydən ümidimiz  kəsildi. Ümidimiz yalnız Allaha idi. Camaat çox pis halda yaşayırdı. Hərbi təyyarələr bizə çörək gətirirdilər. Mülki təyyarələr də gəlirdi, amma onlar da çox hündürdən uçmağa məcbur idilər, çünki Əsgərandan atəşə tutulurdular. Bu şəraitdə fevrala qədər güclə də olsa, yaşaya bildik. Çünki, öz polisimiz və ordumuz var idi. Kənardan heç bir kömək yox idi. Öz gücümüzə Xocalını saxlaya bildik.  Fevrala kimi nə qədər atışmalar oldu, nə qədər evlər yandırıldı. Bu atışmalarda çox sayda insan yaralanırdı, amma sonra sakitlik olurdu. Həmişə bu  2 - 3 saat davam edirdi sonra bitirdi. Amma bu sonuncu dəhşət idi..  Bu dəfə ermənilər dayanmadı. 25-i gündüz 366-cı alayın BTR və BMP-lərin bizim kəndin arxa yolu ilə Daşbulağa, Mehdi kəndinin içinə soxuldular. Artıq, məsələ aydın idi ki, vəziyyət günü-gündən pisləşirdi. Bununla yanaşı ətraf kəndlər işğal edilirdi. Bizim kəndlər işğal olunurdu. Hətta elə erməni kəndləri var idi ki, orada azərbaycanlılar yaşayırdılar, işləyirdlər. Onları da oradan çıxardılar. Soydaşlarımız bizim kəndədə məskunlaşmışdılar.  Hadisə başlayanda Mehdi kəndi ilə Qaladərəsi deyilən yer var idi.  Ermənilər ora çox yaxınlaşmışdılar. 

- Və o gecə yetişdi...

- Bəli, ilk olaraq erməni terrorçuları Qaladərəsindən atəş açmağa başladılar. Kətik kəndindən də atırdılar. Saat 2-də kənddən çıxdıq, Qaladərsinə baxanda gördük ki, kənd yanır. Nə əlaqə, nə işıq vardı. 

Camaat ilə üz tutduq Kətik kəndinin meşəsinə. Hava elə soyuq idi ki.. Amma mən camaatla uyğunlaşa bilmirdim. Çünki, atamın ayaqları yox idi biz geridə qalırdıq. Gecə saat 3-4ə işləmiş Qarqar çayını keçmək lazım idi ki, dağa çıxa bilək. Atamla gəldik çayın qırağına ki, yavaş-yavaş çayı keçək. Artıq çayı yarılamışdıq. Çayın bir hissəsinə qədər daşlar var idi. Ayaq qoyub keçirdik. Artıq sahilə 1 metr qalmış daş yox idi, suya ayaq vurub keçmək lazım idi. Atamı qucağıma aldım,  şalvarımı çırmalayıb, ayaqqabılarımı əlimə alıb, çayın içinə girdim. Buz kimi su adamın ayağını kəsirdi. Atam rəhmətlik bir az canlı adam idi. Qucağımda olanda ayağım boşluğa düşdü. İkimizdə yıxıldıq çayın içinə. Ayaqqabı əlimdən çıxdı, getdi. İkimizdə suyun içində, hava dəhşət soyuq, ayaqyalın 30-40 dəqiqə ayaqqabı axtardım.Yavaş-yavaş yuxarı qalxırdıq. Bir addım atanda arxaya çönüb baxanda görürdüm ki, ləpirim qarla dolub. Bir an içimdən dedim ki, nə olardı ki, bu qarın yerinə göydən daş-qaya yağardı.. Onsuz üzü yuxarı ölümə gedirdik. Camaat ya donub qalırdı, ya ayaqları tutulurdu. Çox əziyyət çəkirdilər.  Çətinliklə olsa da yuxarı qalxdııq. 5 gün o meşədə qaldım.  Təsəvvür edin ki, meşədəki kolların sayını saymaq olardı, amma donmuş insanların sayını saymaq mümkün deyildi. Hansı ağacın dibinə baxırdınsa, donan uşağın, qadının, yaşlının üstünə palto atılmışdı. Yumru təpə kimi nəysə görünürdü, bilmirdim daşdı ya qardı ayağımı üstünə qoyurdum ki, keçim ayağım düşürdü dərəyə. Sən demə insan imiş. Nə qədər donan insan var idi. Ac-sussuz qalıb qar yeyən kim, uzanıb gedə bilməyən kim.. Allah heç kəsə o günü göstərməsin.

- Siz meşədə qalanda bəs ailəniz harada idi?

Axırıncı təyyarə ilə anamı kənddən çıxardım. Əslində atamı da mindirmişdim təyyarəyə ki, ikisi də getsin. Amma o qədər sıxlıq oldu ki, atam düşdü.  Anam Gəncəyə getdi. Həyat yoldaşım və uşaqlarımı isə əvvəlcədən göndərmişdim. Bacılarım ailəli idilər, Xocalıda yaşamırdılar.  

- Gecənin səhəri necə açıldı?

- Səhəri gözümüzlə açırdıq. Artıq 3-4 gün olardı ki, meşədə idik. Bir tüstü gördüm. Atama dedim ki sən dayan burada. Birdən düşmən tələ qurar. Sürünə-sürünə getdim. Gördüm ki, ocaq tüstüsüdür. Bizim öz camaatımızdır. Ocaq başında  Daşbulaqlıdan Səfəralı kişi var idi. Dedi ki, oğlum gedib kömək gətirməyə hələ də xəbər yoxdur. Xankəndidən Səlti arvad var idi. Qızı Şövkət və iki nəvəsi ilə idi.  Sara və Paket bacıları var idi. Yanlarında 2-3 uşaq var idi. Elə ağlayırdlar ki, digər uşaqlar donub, ölüb.  Növrəstə arvad var idi. Ən dəhşətlisidə o idi. Qızı onun qucağında soyuqdan can verdi. Nə qədər kömək etməyə çalışsam da olmadı... İki nəvəsi var idi.  Atamı və digər insanları gətirdim ocağın başına. Günümüzü orada keçirdik. Axşam olanda qəribə vahimə soyuq bürüyürdü meşəni. Səhər ayılanda gördüm ki, atamın üst geyiminin bir hissəsi, köynəyi azca yanıb. O tərəf bu tərəfə baxdıqda Səlti arvadı görmədim. Sən demə qıraqda donan qızının yanına gedib, o da orda donub qalıb. Yaxınlaşanda gördüm ki, balaca nəvələri də yanında büzüşüb, donub, qalıblar. Sağ bir-iki nəfər qalmışdı. Yerdə qalan hamısı donmuşdu. Mənə dedilər ki, aramızda yaxşısı, canı möhkəm olanı sənsən get, bax gör kimi tapa bilirsən. Nə qədər dedim ki, oturun gözləyin, Allah Kərimdir. Hamımız bir gedəcəyik. Amma məni məcbur göndərdilər. Doyunca atamın üzünə baxa bilmədim. Çox ağlayırdı. Həmişə o üzü yadıma düşür...

- Necə oldu ki əsir düşdünüz?

- Səhər saat 8-9 olardı. Meşəylə bir yol tapıb başladım getməyə. O yolu necə gəldim bir Allah bilir. Çox yuxulu və yorğun idim. Ağaclar çəpər-çəpər idi. Belə xeyli meşəylə yol getdim. Bir də gördüm ki, uzaqda bir kənd görünür. Elə sevindim ki, fikirləşdim ki, Ağdamın hansısa kəndidir. Kəndə yaxınlaşırdım. Birdə gördüm ki, kolun dibindən formada saqqalsız biri çıxdı. Salamlaşdıq. Soruşdu ki, hara belə? Sevindim elə qəşəng danışırdı ki, dedim azərbaycanlıdır. Bununla bir-iki addım atdıq. Elə demək istəyirdim ki, arxada ocaq var yanında sağlam insanlar var qayıdıb, onları götürək. Gördüm ki, o biri kolun dibindən saqqalı, avtomatlı birisi çıxdı. Başa düşdüm ki, mühasirədəyəm. Susdum. Birinci çıxan heç nə etmədi. Amma saqqalı ikinci çıxan qarnıma 5-6 təpik vurdu. Neçə gündür  qar yeyirəm bu da qarnıma vurdu əlimlə qarnımı tutanda avtomatla boynumdan vurdu. Sürüdə-sürüdə məni apardılar. Məni Erməni kəndi olan Dəhraza gətirdilər. Kəndin bu başından o başına fermalar var idi.  Əvvəlcə bütün sənədlərimi aldılar. Sonra qapını açıb  məni fermanın içinə itələdilər. Orada təxminən 150-dən çox adam var idi. Aralarında qadın, uşaq, kişi və yaşlılar da var idi.  Bir az fermanın içində qaldıq.

- Əsirlikdə neçə gün oldunuz? Neçə nəfərlə birlikdə olmusunuz? Sizi harada saxlayırdılar? 

- Sonra hamını həyətə çıxarıb, sıraya düzdülər. Oradan 19 kişini götürdülər. Həmin o 19 nəfərin içində mən də var idim. Digər insanları “KamAz”-a yığıb, harasa apardılar.  Biz 19 nəfər kişini başqa “KamAz”la getdik. Avtomobilin içi bütün odun idi. Bizdə onun üstündə yüksək sürət və pis yol. Başımızı tuturduq, ayağımıza dəyirdi. Zülümlə bizi Naxçıvanika gətirdilər. Yarım saata yaxın bizi orada saxladılar. Arada üstümüzü açıb tüpürürdülər, təpik vururdular, söyüş söyürdülər və yerdən daş götürüb atırdılar. Yolları pis günə qoymuşdular ki, insanlar Xocalıdan çıxanda əziyyət çəksinlər. Dərin qazıntılar var idi. Betonları yolların ortasına düzmüşdülər. Bizi Xocalıya gətirdilər. Orada mağaza var idi. Maşının arxasını qaldılar zibil atırmış kimi bizi ordan tökdülər yerə. 50 dəqiqəyə yaxın bizi döydülər. Sonra “Niva” markalı avtomobil gəldi. O gələndə sonra artıq bizi döyməyi dayandırdılar. Ardından bizi Xankəndi Şəhər Polis Şöbəsinin təcridxanası gətirdilər.  Adlarımızı yazıb, otaqlara bölüşdürdülər. Hər otaqda 7-8 nəfər var idi. Orada hamısı kişi idi. Bizdən əvvəldə işğal olunmuş torpaqlardan kişiləri yığıb gətirmişdilər. 2 ay orada qaldım. Hər gün döyülürdük. Yemək və su vermirdilər. Axşamlar anidən gəlib, bizi döyürdülər. Neçə dəfə əllərimi qapı arasında qoyublar. Qışqırmağım onların xoşuna gəlirdi. Yanımızda biri var idi. Ağzından diri-diri qızıl dişini kəlbətinlə çıxardılar. Bizə ağır işgəncələr verirdilər. Sonra birdən  “adboy” deyirdilər. Hamımız düz uzanmalı idik. Otaqların yeri bütün sınıq şüşələr və xırda daşlar idi.  Gözmüzün içində ağ yox idi. Qıpqırmızı idi gözlərimiz. Hər yer qan idi. Otaq da 6 nəfər idik. Arada dəyişiklik olurdu. 

- Əsirlikdən necə xilas oldunuz?

-Bizim yanımıza Qırmzı Xaç Cəmiyyəti gəlirdi. Onlar gəlməzdən əvvəl Ermənilər bizim yanımıza gəlib, deyirdi ki, onlar gəldi-gedərdi, onsuz tərcüməçi Ermənidir. Bizim əlimizdə qalacaqsınız. Bundan sonrakı vəziyyətinizi gözünüzün qabağına gətirin. Bizdən soruşurdular ki, vəziyyətiniz necədir? -Əla deyirdik. İkinci dəfə də Qırmzı Xaç Cəmiyyəti gəldi. Bu vaxtı hamımıza vərəq payladılar. Üzərində xarici dildə nəsə yazılmışdı. Dedilər ki, öz dilimizdə haqqımızda məlumat yazaq. Arxa tərəfində isə bu yazı hansı ünvana gedəcəksə, onu qeyd edək. Mən də hər şeyi yazdım. Anam Gəncədə olduğu üçün oranı yazmışdım. Demək olar ki, çoxunun cavabı gəldi. Amma mənimki gəlmədi. Ürəyimdə dedim ki, “ mənimki bura qədər imiş”. Məktubum Xalq Cəbhəsinin qərargahında qalıbmış.  Anam, qohumlarım, əsasən, Ağdama gedirdilər. Çünki o vaxtı meyitləri ora gətirirdilər. Yaxın qohumlarımdan biri qərargahda masanın üstündə mənim məktubumu görür. Ondan sonra dəqiq biliblər ki, haradayam, vəziyyətim necədir. 

Daha sonra məni Erməni əsirlərinin biri ilə dəyişdilər. Əsirlikdən belə çıxmışam. 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) 2 ay qalıb müalicə aldım. Oradan çıxandan sonra ailəm Qızılqumda idi ora gəldim. Hazırda, Sabunçu rayonu  Kürdəxanı qəbəsində yaşayıram. Həyatıma davam etməkdə yoldaşım və uşaqlarım mənə çox kömək oldu. Keçdiyim ağrılı günləri unutmuram, unuda bilmirəm. Çox kaşlar deyirəm. Amma nə etmək olar Allah yazan yazıdır.

- Xocalıda əsir düşənlərin taleyi necə oldu? Əlaqəniz varmı?

-Əlaqələrimiz  var. Düzü aralarında ölənlər olub. Amma belə xeyir-şərdə yığışırıq.  Bizim caamatımız bir yerdə deyil. Hərəsi bir rayondadır. 

- Xocalı faciəsi sizin düşüncələrinizə, həyatınıza necə təsir etdi?

- Xocalı faciəsi yaddan çıxan hadisə deyil. Mən atamçün darıxıram.

Çox qəribə idi. Bizlər hər şeyimizi qoyub, çıxmağa çalışırdıq. Tək düşündüyümüz ailəmiz idi. Onlar isə fərqli idi. Maşını olan maşınla qarət edir. Uzun qulağı olan ona əşyalar yükləyib aparırdı. O an Xocalıda yerə iynə atsan tapılmazdı. O qədər çox adam var idi ki... Bunlar hamısı məni dəhşətə salırdı. Bu insanlıq deyil. Vicdansızlıqdır. Belə hadisələrimiz, facilərimiz çox olub. Nə fərqi var ki, 5 insan ölüb, 1000 insan ölüb. Can candır. Bu bizim başımıza gəlib. Bir Xocalı vətəndaşı olaraq istəyirəm ki, bunu dünya unutmasın. Hazırda da gəlcəyə ümidlə baxırıq. İnanırıq ki, yaxın gələcəkdə Xocalıya qayıdacayıq. 

Aysel Şahmar

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı