"Xocalıda dəhşətli qırğına insanlar deyil, vəhşi heyvanlar səbəb olub" Hollandiyalı yazıçı

Müsahibələr 17:00 26.02.2023

“Təəssüf ki, ,Qarabağa etdiyim səfərlər zamanı tətbiq olunan məhdudiyyətlərə görə hələ də Xocalını ziyarət etmək imkanım olmayıb, lakin bu soyqırımdan sağ çıxanlarla söhbət edə, fotolarına baxa və onların ürəkağrıdan hekayələrini dinləyə bilmişəm”.

Bu sözləri hollandiyalı təhsil eksperti və yazıçı Henri Van Rens “Ednews”a müsahibəsi zamanı deyib.

Müsahibəni təqdim edirik:

-İlk olaraq Azərbaycan haqqında məlumatı necə əldə etdiniz?

-Azərbaycanla tanışlıq, 2008-ci ildə Tehrandakı dostlarımı ziyarət etdiyim vaxtdan başlayır. Bir gün dostlarımın sərgisində qonaq oldum, həmin sərgidə olan  başqa bir qonaq da bizə qoşuldu və biz birlikdə çay süfrəsində xeyli söhbət etdik. Həmin qonaq Bakıdan olan professor Fəqan Əliyev idi. Bir müddət söhbət etdikdən sonra professor məni 2009-cu ildə Bakıya, daha çox öz sahəmlə bağlı konfransda iştiraka dəvət etdi. Yəni Logistika menecmentiliyi ilə bağlı konfrans idi.Sözügedən təklifin yaxşı bir təklif olduğunu düşündüm və ondan xahiş etdim ki, mənə rəsmi dəvət göndərsin. Beləcə, mən 2009-cu ilin əvvəlində bu dəvəti aldım.

- Ölkəyə gəlməmişdən əvvəl Qarabağla bağlı hər hansı məlumat əldə etmişdinizmi?

-O vaxt Azərbaycandan olan insanlarla əlaqə yaratmaq üçün medianı araşdırmağa başladım. Əslində ölkə və insanları haqqında heç bir məlumatım yox idi və ölkə haqqında bir az daha çox məlumat əldə etmək istəyirdim. Xoşbəxtlikdən, mən bu ölkənin bəzi sakinləri ilə yaxşı əlaqələr qurmuş, onlarla illərdir ki, çox yaxşı dostluq əlaqələrimizi saxlamışıq. Onlar ölkə haqqında mənə çox danışdılar, ölkənin müxtəlif şəhər və rayonlarını göstərdilər.

 

Əslində mən Dağlıq Qarabağ bölgəsində baş verən problemlər barədə heç nə bilmirdim.

- Hollandiyalılar Qarabağ haqqında nə bilirdilər?

-Bu bölgə Azərbaycana məxsus idi və müxtəlif münaqişələr ucbatından qonşu Ermənistanla əsl müharibə yaşanıb. Hollandiyada biz bu haqda nəsə eşitmişdik, lakin Azərbaycan bizdən çox uzaqda olub və insanların televiziyada gördükləri xəbərlər isə Azərbaycanı tanımaq üçün kifayət deyildi.

Bu, niderlandlıların deyimi ilə desək, “Birbaşa maraq doğurmayan məsələ” idi. Bu sahənin əhatə dairəsi çox məhdud olduğundan insanlar o qədər də maraqlanmırdı. Bundan əlavə, bu müharibədə bir çox Avropa, eləcə də dünyanın digər ölkələrinin siyasəti az-çox böyük rol oynadı. Xüsusən də Azərbaycan əleyhinə olan neqativ fikirlər geniş yayılmışdı. Azərbaycan Ermənistanla münaqişələrdə təcavüzkar kimi təqdim olunurdu.

- Onda sual yarandımı ki, burada əsl günahkar kimdir?

-Axı mən görmüşəm, eşitmişəm, amma ermənilər olanlardan məlumatsız olan insanlara günahkar onların deyil, Azərbaycan olduğunu, qurban isə Azərbaycanın deyil, Ermənistan olduğunu göstərməyə çalışırlar.

Məsələn, Fransada (600.000 erməni), Amerikada (təqribən 500.000 erməni) və həmçinin digər ölkələrdə güclü erməni diasporası sayəsində Azərbaycan tez bir zamanda əsas günahkar kimi təqdim olundu.

O zaman Azərbaycanı qınayanlara bir sözüm var; “Günahsız olan ilk daşı ata bilər”.

Onda bu dünyada sülh necə əldə olunacaq?!

“Təmiz” müharibə deyə bir şey yoxdur deyəndə mənə inanın.

Və "AZADLIQ" sözünü belə asanlıqla tələffüz edə bilmərik.

Çünki kimsə bizim “AZADLIĞIMIZ”a görə bədəl ödəyib.

Azərbaycana ilk səfərimdən sonrakı illərdə bu gözəl ölkəyə marağım artmaqda davam etdi. Mən bu ölkə və onun insanları haqqında daha çox məlumat əldə etmək qərarına gəldim və hər il bütün ölkəni, bölgələri və insanları ziyarət etmək üçün geri qayıdırdım.

Nəticədə bu Qarabağ bölgəsini daha çox kəşf etmək üçün marağım da artdı. Məsələn, Gəncədə gecə saatlarında baş verən raket hücumları nəticəsində dağıntıları və onlarla insan ölümü gördükdən sonra qərarımı verdim ki, bütün bu olanlar barədə bir kitab ərsəyə gətirməliyəm. Bütün bu olanlar yazacağım kitab vasitəsilə hər kəs tərəfindən bilinməli idi. Məsələn, Hollandiyadakı insanlar bu barədə məlumatlandırılmalı idilər.

Ermənistandan Azərbaycana qarşı bu qədər nifrət, təcavüz və təxribat Azərbaycandan hər hansı tədbirlər tələb edirdi. Ermənistan tərəfinin təxribatları Azərbaycanı təxribata yönəltmək məqsədi daşıyırdı.

- Qarabağa səfəriniz necə oldu?

Mənə 2022-ci ilin fevral və mart aylarında Diaspor Komitəsinin köməyi ilə 4 gün müddətinə Dağlıq Qarabağ bölgəsinə səfər etmək imkanı veriləndə onu iki əlli qəbul etdim.  Məsələn, mən dəhşətli birinci Qarabağ müharibəsinin çoxsaylı qurbanlarının, qohumlarının, əsgərlərinin hekayələrini dinləyib yaza bildim.

Qarabağ bölgəsinin 1992-ci ildən 2020-ci ilə qədər nəinki tamamilə dağıdılmış, həm də tamamilə talan edilmiş şəhər və kəndlərinin çoxlu şəkillərini çəkə bildim. Oralar kimsəsiz bir biyabanlıq idi. Görünəcək bir canlı belə yox idi.

Ağdamın, Füzulinin, Şuşanın, Edillinin şəhər və kəndlərini o cür görmək insanı hüznləndirirdi. Muzeylər, məscidlər kimi mühüm tikililərə aid hər şey dağıdılmış, yerli və ya kənd sənətinə aid olan əşyalar xırda-xırda parçalara bölünmüş, yandırılmış və ya oğurlanmışdır.

Edilli kəndi yaxınlığındakı kütləvi məzarlığa ilk səfərim çox təsirli oldu. Orada nə baş verdiyini görmək dəhşətli idi. Bu və ətraf kəndlərin sakinləri işgəncələrə məruz qalıb, qətlə yetirilib, zibilliyə atılıb, üstünə qum tökülüb.

Hərdən istirahət etmək üçün gəzintiyə çıxmalı olurdum. Hekayələri eşitmək və bu müddət ərzində burada baş verənləri öz gözünlə görmək dəhşətli bir şeydir. Yenə Bakıda məcburi köçkünlərlə görüşlərim oldu.  Bu insanların onlara aid hər şeylərini qoyub qaçmağa məcbur olduqlarını eşitmək qəribə və anlaşılmaz bir hisslərdir.

- Necə olur ki, bir hollandiyalı Azərbaycanda qalıb Qarabağ haqqında kitab yazır?

-2022-ci ilin avqustunda Qarabağla bağlı kitabım üçün biliklərimi dərinləşdirmək və geniş araşdırma aparmaq üçün Azərbaycana qayıtdım. Mənə Azərbaycan və Ermənistan arasındakı müharibələrin problemləri və mənşəyi haqqında məlumat verə biləcək insanlarla çoxlu müsahibələr və görüşlər keçirdim.

Mən cənab Umud Mirzəyevi də orada tanıdım. BAMF təşkilatının prezidenti olan çox mehriban və gözəl insandır. Bu barədə daha sonra kitabımda da məlumat vermişəm.

Hekayəmi daha da yaxşılaşdırmaq üçün mənə dəstək olan yeni dostlar da (o cümlədən tarixçilər) qazandım.

Təbii ki, bir neçə dəfə Diaspora Komitəsi, cənab Umud Mirzəyev və digər qonaqlarla birgə Füzuli, Edilli, Şuşa və Qarabağın digər bölgələrinə səfər etmişik.

Bu dəfə də Edilli yaxınlığındakı yeni kütləvi məzarlığı ziyarət etdik. Bu dəfəki hekayələri görmək və eşitmək 2022-ci ilin fevralında ilk səfərimdən daha dəhşətli idi. Bu cür dəhşətli qətllər və işgəncələr ancaq ruhi xəstə insanlar tərəfindən törədilə bilərdi.

Amma hər şeyin bir sonu olduğu kimi bunun da bir sonu olmalı idi. Bakıya qayıtmağın vaxtı gəldi. Bakıya gedərkən gördüm ki, qısa müddət ərzində hər şey qaydasına düşsün deyə bütün Qarabağda böyük gərgin işlər həyata keçirilir. Əgər Qarabağ səliqə-sahmana salınırsa demək ki, azərbaycanlıların, turistlərin bu bölgəyə qayıtması üçün yollar, hava limanları, işıqlar, otellər və digər obyektlər qaydasında olmalıdır.

Erməni işğalçıları tərəfindən saysız-hesabsız minaların yerləşdirildiyinə görə  çox ehtiyatla hərəkət etmək lazımdır. Təəssüf ki, ermənilər bu minaların və digər partlayıcı maddələrin harada saxlandığını göstərən sənədləri “unudublar”.

Xoşbəxtlikdən, ANAMA (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) bu böyük problemi tez bir zamanda həll etmək və bütün ərazini minalardan təmizləmək üçün əlindən gələni edir.

- Bütün bunlar haqqında bizə başqa nələr demək istərdiniz?

-Yeni kitabım üzərində işləməyə davam edə bilməyim üçün mənə yaxşı məlumat verə biləcək insanlarla araşdırmalara və söhbətlərə yenidən davam etmək üçün Bakıya qayıdacam. Mənə sözdə və əməldə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm.

Məni Qarabağa səfərə dəvət etdiyinə görə cənab Umud Mirzəyevə, eyni zamanda məni öz aralarında qarşılayan və kitabım üzərində işləmək üçün bütün imkanları yaradan BAMF təşkilatının bütün kollektivinə dərin minnətdarlığımı bildirirəm. Bu təşkilatın bütün əməkdaşlarına böyük təşəkkürümü bildirirəm.

- Xocalı soyqırımı sizə nələri deyir?

Xocalı qətliamı 31 il əvvəl törədilsə də, hələ də bütün dəhşəti ilə xatırlanır. 1992-ci il fevralın 26-na keçən gecə bu şəhərdə yaşayan minlərlə dinc sakin mühasirəyə alınaraq şiddətli hücumlara məruz qalıb.

Həmin gecə böyük bir qətliam törədilib. Hücumdan qaçmağa çalışanlardan 613 nəfər mülki şəxs həlak olub.

Ermənilər Sovet İttifaqının dağılmasından sonra bölgədə qalmış 366-cı motoatıcı alayla hərəkətə keçiblər. Əvvəlcə Xocalının ətrafındakı kəndlər işğal olunub. Bu baş verərkən Xocalı və orada yaşayan dinc sakinlər hücuma hazırlıq məqsədilə hərbi birləşmələr tərəfindən mühasirəyə alınıblar. Bəzi xüsusi təyinatlı polis bölmələri və atıcı silahlarla təchiz edilmiş 160 könüllü şəhərin yeganə müdafiəçiləri olub.

Şəhərin şərqində dinc əhali gecə və səhər qarlı meşəni keçməyə çalışıblar. Onlar bir neçə silahlı könüllü ilə birlikdə birbaşa Naxçıvanik erməni kəndinin yuxarısına çatıblar. Onlara atəş açan silahlı erməni dəstələri ilə qarşılaşıblar. Könüllülər mülki əhalinin müdafiəsi üçün atəşə cavab veriblər, lakin onların sayı çox və silahsız olub. Bütün qrup, könüllülər və mülki şəxslər öldürülüb.

Xocalıdan uçan təyyarədə ölənlərin sayı hadisədən sonra bəlli olub. Qırğında 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 mülki şəxs öldürülüb. Səkkiz ailə tamamilə məhv edilib, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Ehtimal olunur ki, bu günədək 150-dən çox adam hələ də itkin düşüb. Şəhərdə təxminən iki-üç yüz dinc sakin bombadan qorunmaq üçün hazırlanan sığınacaqlarında qalıblar.

Bu günədək hələ də Xocalıya ədalət yoxdur.

Erməni tərəfinin iki əsas məqsədi var idi: birincisi, mülki əhalinin öz ölkələrini tərk etməsi və bir daha geri qayıtmaması; ikincisi, yaxın vilayətlərdə dinc əhalini qorxutmaq və bununla da Qarabağın dinc əhalisinin erməni işğalına qarşı müqavimətini qırmaqla işğalın genişlənməsinə şərait yaratmaq. Əslində Xocalıdan sonra bütün Qarabağ əyaləti və ətrafı tez bir zamanda işğal olunub. Həmin ərazilərdə mülki müqavimət isə Xocalıda baş verənlərin yenidən təkrarlana biləcəyi qorxusundan qırılıb.

- Xocalıya da səfər etmək istərdinizmi?

-Təəssüflər olsun ki, Qarabağa etdiyim səfərlər zamanı tətbiq olunan məhdudiyyətlərə görə hələ də Xocalını ziyarət etmək imkanım olmayıb, amma bu soyqırımdan sağ çıxanlarla söhbət etmək, fotolarına baxmaq və onların ürəkağrıdan hekayələrini eşitmək imkanım olub. Həmin gecə Xocalıda baş verənlər hər kəs üçün utancverici bir qətliamdır.

Xocalıda törədilmiş cinayətlərlə aşağıdakı tələblər yerinə yetirilib: Bir qrupu tamamilə və ya qismən məhv etmək niyyətinə dair aydın və inandırıcı sübutlar mövcuddur. Xocalıda baş vermiş dağıntının bütövlükdə müəyyən edilmiş qrupa təsir edəcək qədər “əhəmiyyətli” olması; və konkret coğrafi məkanda törədilmiş cinayət.

- Son olaraq Xocalı soyqırımını törədənlərə nə demək istərdiniz?

-Kimin ağlına belə bir şey gələ bilərsə, gərək çox çürük xarakterə malik olsun. İnsanları dinə görə və ya hər hansı başqa səbəbə görə “yox etməlisən” fikri normal insan düşüncəsinə uyğun gəlmir. Mənim fikrimcə, Xocalıda bu dəhşətli qırğına insanlar deyil, dəhşətli heyvanlar səbəb olub. Ümid edirəm ki, bu cür davrananların hamısı qarabağlılara qarşı iyrənc davranışlarına görə cəzalarını alacaqlar.

- Azərbaycana və azərbaycanlılara son sözləriniz.

-Arzu edirəm ki, gələcəkdə bütün azərbaycanlılar öz əvvəlki evlərinə qayıtsınlar və əbədi olaraq dinc yaşasınlar. Yaşasın Azərbaycan. Yaşasın Qarabağ. 

Ülviyyə Şahin

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı