Rusiya sanksiyalardan necə YAN KEÇİR? İsrailli tarixçidən GİZLİ MƏQAMLAR

Müsahibələr 17:00 08.09.2023
ABŞ və Böyük Britaniya kibercinayətkarlıq ittihamı ilə 11 rusiyalıya sanksiya tətbiq edib. 
 
Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Metyu Miller  mətbuata açıqlamasında bildirib ki, ABŞ Böyük Britaniya ilə koordinasiyada ABŞ hökumətinə, müxtəlif şirkətlərə və xəstəxanalara hücum edən Rusiyanın kibercinayətkarlıq şəbəkəsi “Trickbot” qrupuna qarşı tədbir görür.
 
"Xəzinədarlıq Departamenti şəbəkənin əməliyyatında 11 əsas iştirakçıya sanksiya tətbiq edib. Eyni zamanda, ABŞ Ədliyyə Departamenti bu gün təyin olunan yeddi nəfər də daxil olmaqla, Trickbot zərərli proqram və digər fidyə proqramları sxemləri ilə bağlı doqquz şəxsə qarşı ittiham aktını icra edib" – deyə bildirilib.
 
Bu ilin əvvəlində Britaniya Xarici İşlər Nazirliyi iki ölkənin yeddi rusiyalı “kibercinayətkar”a sanksiya tətbiq etdiyini açıqlayıb.
 
İndiyə kimi tətbiq olunan çox sayda sanksiyalara baxmaraq Rusiya öz rolunu oynamaqda davam edir və Rusiya hələ də ayaqdadır. Sanksiyaların heç biri Rusiyaya öz təsirini göstərməyib. Görünür Rusiya müharibəyə tam hazırlıqlı olub. Bu cür sanksiyalar beş ildən sonra Rusiyaya necə təsir edəcək?
 
Tarixçi və siyasi analitik, Britaniya, Türkiyə və Cənubi Qafqaz üzrə kitabların müəllifi Dr. Patrik Uolş Ednews-a açıqlamasında bildirib ki, sanksiyalar Rusiyaya Qərb liderlərinin gözlədiyindən qat-qat az təsir göstərib:
“Əslində, Ukraynaya maliyyə və hərbi dəstək verməkdən başqa Qərbin əsas strategiyası tarixin ən sərt sanksiya rejimi vasitəsilə rəsmi Moskvada rejim dəyişikliyinə təhrik etmək olub”.
 
Onun sözlərinə görə, Qərbin sanksiyaları bir sıra səbəblərə görə səmərəsiz olub:
 
“Birincisi, Rusiya böyük daxili sənaye bazası ilə kifayət qədər özünü təmin edən bir iqtisadiyyatdır. Onun etibarlı enerji təchizatı var. O, 2014-cü ildən bu cür kampaniyaya hazırlaşır. Həmçinin dünyanın əksər hissəsi ABŞ hegemonluğuna qarşı çıxdığı üçün sanksiyalar rejimini işlətmək istəmir. Təkcə Afrika, Asiya və Cənubi Amerika deyil, Səudiyyə Ərəbistanı və Türkiyə kimi Qərb müttəfiqləri, NATO üzvləri və Macarıstan da Rusiyaya qarşı sanksiyalara qoşulmayıb”.
 
Tarixçi onu da əlavə edib ki, Rusiya nefti və qazı hələ də müxtəlif üçüncü tərəflər vasitəsilə Avropaya idxal olunur, çünki alternativ Qərb iqtisadiyyatlarının dağılması və hökumətlərin süqutu ola bilər:
 
“ABŞ öz iradəsini tətbiq edə bilmədi və bu, digər ölkələrə aydın oldu ki, indi BRİCKS və Avrasiya inkişafı ilə çoxqütblü dünya açılır. Kiyevin baha başa gələn əks-hücumunun uğursuzluğu ilə Ukrayna münaqişəsində dönüş nöqtəsindəyik. İki böyük sual var: Qərbin B planı varmı? Bəs, Rusiya Dneiperə doğru hücuma keçəcəkmi? Sanksiyalar bu suallarla müqayisədə demək olar ki, əhəmiyyətsiz görünür”.
 
Ülviyyə Şahin
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı