Türkmən şair: “Corc Buş mənimlə görüşmək istədi” – ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 14:00 12.09.2023

Ednews əslən türkmən olan şair, tərcüməçi Gülşən Bayatlı ilə müsahibəni təqdim edir:

- Özünüz haqda məlumat verərsiniz...

- İraqda anadan olmuşam. Uşaqlığım Kərkükün Çardaq kəndində keçib. Əslən türkmənəm, anam Təbrizdəndir. Təhsilimi Bağdad şəhərində almışam. 

- Hansı ixtisas üzrə?

- İngilis ədəbiyyatı üzrə təhsil aldım. Təhsilimdən sonra İraqdan Abu-Dabiyə köçdüm.

- Niyə İraqdan getdiniz?

- Çünki türkmənlər orada təzyiq altında idilər. Səddamın dövrünə təsadüf etmişdi. O, babama və dostlarına çox zərər vurdu. Hətta onların arasındakıları həbsə atdı, asdırdı, öldürdü. Bir gecədə 50 adamın ölüm fərmanını vermişdi. Köçməyimə gəlincə evlənib çıxdım İraqdan. Daha sonra yenidən qayıdıb İsveç səfirliyində çalışdım. Bir müddət sonra təhdidlər almağa başladım. İraq polisi mənə təzyiq etdi. İraq hökuməti istəyirdi ki, İsveçlə bağlı informasiyaları onlara ötürüm. Hər gün qorxu ilə yaşamaqdansa İraqdan birdəfəlik köçdüm. 1980-ci ildə oranı tərk etdim. Abu-Dabidə Türkiyə səfirliyində işləməyə başladım. İngilis, türk, ərəb dillərində təcüməçi axtarırdılar, mən də bu dilləri bildiyimdən işim alındı. Danimarka səfirliyində işlədim. 1984-cü ildən Türkiyə vətəndaşı oldum. 

- Babanıza nə etdilər?

- Babam şair idi, İraq hökuməti ona işgəncə edirdi. Mən də şairəm. Səddamın hakimiyyəti bizə çox zərər vurdu. Ailəm qayıtmağımı istəmirdi. Onda Portuqlaiyada idim, ordan da ABŞ-a getdim, orada qardaşım yaşayırdı.

- Nə vaxtdan şeir yazırsınız?

- Gənc yaşlarımdan yazıram. Yazdığım şeirləri önəmsəmirdim. Kağızlarda yığılıb qalmışdı. Hamısını toplayıb kitab halında çap etdirdim. Üç dildə yayımlamaq fikrim var: ingilis, türk, ərəb. 

- Əsas hansı dildə yazmısınız şeirlərinizi?

- Bəzən ərəb, bəzən isə ingilis dilində. Türkiyəyə köçəndən sonra düşündüm ki, türkcə də yazım. 

- Dünya ədəbiyyatında ən sevdiyiniz şair kimlərdir?

- Misirli şair Əhməd Şaqi, İraqda Səhavi, Musafi, Mutənabi kimi şairlər vardı. Adını çəkdiyim şairlərin şeirlərini çox sevirəm. 

- Azərbaycandan, Türkiyədən hansı şairlərin adını eşitmisiniz?

- Füzuli. Azərbaycandan başqa tanımıram, amma tanımaq, oxumaq çox istəyirəm. Türkiyədən Mehmet Akif Ersoy, Nazim Hikmət. 

- Hazırda tərcümə işi ilə məşğulsunuz?

- Öz yazdığım şeirlərin tərcüməsi ilə. Bir də həyatımı yazıram. Avtobioqrafik üslubda yazıram. Başıma gələn hadisələr, əhvalatlar. Hazırda İstanbulda yaşayıram.

- Bəs, Azərbaycana gəliş səbəbiniz?

- Azərbaycana gəlməyim musiqisi üçündür. Uşaq vaxtı Azərbaycan musiqilərini dinləyir, çox sevirdim. Rəşid Behbudovun “Küçələrə su səpmişəm” mahnısı tez-tez qulaq asdığım mahnıdır. Azərbaycanın ədəbiyyatı və musiqisi ilə maraqlanırdım. 1958-ci ildə İraqda inqilab oldu. O vaxtlar uşaq idim. Hakimiyyətə Abdulkərim Qasım gəldi. O, hər həftə sonu axşamlar Azərbaycan musiqi gecəsi təşkil edərdi və ordan bir müğənni gələrdi. O zamandan Azərbaycan mədəniyyətinə heyran qalmışdım. 

- İlk dəfə gəlişinizdi Azərbaycana?

- Bəli, ilk dəfə. 

- Hazırda İraqda vəziyyət necədir? İnsanlar necə yaşayır?

- İraqda zəngin və kasıb təbəqə var. Zənginlər çox yaxşı, istədikləri kimi ömür sürürlər. Kasıblar isə ağır şəraitlərdə yaşamağa çalışırlar. İraqda indi fəsad var, pis şeylər var. Hökmdarlar neft pulunu, yaxud digər qazanılan vəsaiti özlərinə, ailələrinə xərcləyirlər. Dövlətin pulunu oğurlayırlar. ABŞ-da, Fransada dəbdəbəli evlər, villalar tikdirirlər. 2003-cü ildə ABŞ İraqın elekrtik sistemini viran etmişdi. O ildən bu günə kimi İraqda elektrik yoxdur. Yalnız varlılar işıqsız qalmır, onlar generator gətirdilər. Kasıblar həm istidə, həm susuz, həm də işıqsız qalıblar. 

- İraqda yaşayan kasıb təbəqə üçün Avropadan, beynəlxalq təşkilatlardan humanitar yardım gəlirmi?

- İraq neft ölkəsidir. Çox zəngin bir məmləkətdir, amma Beynəlxalq Valyuta Fondundan borc aldılar. Bu böyük problemdir, indi İraq borclu qalıb. 

- İraqa neçə ildi getmirsiniz?

- 40 il keçib. İstəyirəm gedim, amma qorxuram getməyə. 

- İraqa həsrətiniz şeirlərinizdə əksini tapıb?

- Bəli, çox şeirlərim var. İraqa həsrətimi şeirlərimdə yazmışam. 

- Bir tərəfiniz Təbrizlidir. Orada olmusunuz?

- Xeyr. İranda oldum, amma Təbriz şəhərinə getməmişəm. 

- Azərbaycan-Ermənistan məsələsi, Qarabağdan nə qədər məlumatlısınız?

- Qarabağdan nənəm çox danışardı. Cənubi Qafqazda sülh, barış olsun. İnsanlar həmrəy yaşasın. Keşkə. (kövrəlir)

- Ermənilərin bizə qarşı etdiklərini unudaq, sizcə?

- Belə bir söz var: “Biz bağışlayarıq, ancaq unutmuruq”. 

- Özünüz haqda yazılan kitabdan danışdınız. Nələr yaşamısınız?

- Ehh… O qədər acılı, şirin xatirələrim var. Quantanamo həbsxanasına getmişdim bir dəfə. Oradakı məhkumları gördüm, sarsıldım. Tərcümə üçün getmişdim. Detallı şəkildə indi yaza bilmərəm, bəlkə 20 ildən sonra. Corc Buş məni dəvət etmişdi. İraqda təşkilatım var idi. Mültəcilər üçün bir təşkilat idi. ABŞ İraqda girəndən sonra Buş bizi çağırdı. 2004-cü il idi.

- Corc Buş sizə nə dedi?

- Dedi ki, biz artıq İraqdayıq, fikirləriniz nədir. Soruşdu ki, sevindinizmi, Səddamdan xilas oldunuz deyə. İraqda olan bəzi adamlar Ağ evə getdilər. Mən razılaşmadım. 

- Buş, demək olar onları pulla aldı?

- Bəli, elədir. Hər kəs onunla foto çəkdirdi. Buşa dedim ki, ən böyük yanlışlığı etdiniz. Dedi, niyə. Birincisi dedim, İraq əsgərini əzdiniz, öldürdünüz. Türkmənlər silahsız, kürdlər silahlıdır. Bu ayrı seçkilikdir dedim. 

- Buş buna görə sizə təhdid etdimi?

- Xeyr, lakin bir daha məni çağırmadı. Sözümü kəsdi, sənə ayıracaq zamanım yoxdur dedi. 

- Sonda nələr söylərdiniz?

- Dünyada barış olsun həmişə. 

Söhbətləşdi: Oğuz Ayvaz

 

5e00119a-0604-42af-9b8e-cb521be601c0.jpg

2a3dc44f-6bbd-449e-8d27-64749d2b641b.jpg

ab5ce489-b128-48ad-b3db-b4b2dfc1f34f.jpg

cd25e1e8-f7b3-49ff-8f2f-2e4ec7c7d0c0.jpg

fe0b2910-6f94-48aa-9885-b540728082e0.jpg

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı