Londondan Pekinə yeni ticarət yolunun olacağı Zəngəzur Dəhlizi layihəsi mərhələli şəkildə həyata keçirilir. Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin gətirəcəyi sərbəst hərəkət imkanı ilə bölgədəki dövlətlər milyardlarla dollar investisiyalar qazacanaq.
Türk dövlətlərini yaxından maraqlandıran Zəngəzur dəhlizinin açılması ilə bölgədə bütün rutinlər dəyişəcək.
Şərqdən-Qərbə yeni bir ticarət yolu olması planlaşdırılan Zəngəzur Dəhlizi yaradacağı ticarət həcmi və aşağı qiymət üstünlükləri ilə bütün region ölkələri kimi dünya iqtisadiyyatına da əhəmiyyətli alternativlər yaradacaq.
Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiya Türk Respublikaları Zəngəzur dəhlizinin gətirəcəyi sərbəst hərəkət imkanları ilə öz iqtisadiyyatlarına milyardlarla dollar vəsait təmin edəcəklər.
Çin və Avropa İttifaqı arasında illik 700 milyard dollarlıq ticarətə alternativ logistika dəhlizi olacaq Zəngəzur təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region ölkələri və dünya ticarəti üçün yeni iqtisadi və kommersiya imkanları yaradacaq.
Məsələ ilə bağlı İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti,iqtisadçı Ruslan Atakişiyev Ednews-a açıqlamasında Zəngəzur dəhlizinin region ölkələri və dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
"Hazırda ticarət xəttləri ilə bağlı rəqabət qlobal səviyyədə daha güclü vüsət alıb.
Sonuncu G20-i toplantısında Hindistan-BƏƏ-Səudiyyə Ərəbistan-İsraili və Almaniyanı birləşdirən ticarət lahiyəsi planı ortaya atılıb. Əlbəttə ki, bu porses şimal ticarət xətti kimi Zəngəzur dəhlizinin rəqabət kontekstində gələcək perspektivlərinə müsbət təsir edəcək. Bölgə tranzit logistikaya çevrildikcə, İran, Gürcüstan və Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları artan ticarətdən öz paylarını alacaq və artan rifah bölgə ölkələri arasında paylaşılacaq.
Zəngəzur bütün region ölkələrinin öz aralarında və digər coğrafiyalarla əlaqəsini asanlaşdıraraq, lojistik əlaqələrin güclənməsi və rifahın artması ilə gərginlik yerini yeni işgüzar əlaqələrə verəcək”.
İqtisadçı son olaraq bildirir ki, nəqliyyat və enerji sahəsində artan əməkdaşlıq sayəsində ölkəmizin regiondakı strateji mövqeyi möhkəmlənəcək.
Xəyal Ramiz