İsrail başa düşməlidir ki, Fələstini işğaldan azad edilməsi vaxtı çatıb”.
Ednews ərəb mediasına istnadən xəbər verir ki, bu sözləri HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşal Yəmənin Əl-Məhriyə telekanalına verdiyi müsahibə zamanı deyib.
İsrail - Qəzza müharibəsindən danışan Məşal vurğulayıb ki, ABŞ İsrail ordusunu silah ilə təmin etməklə müharibədə iştirak edir.
Qeyd edək ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürülüb, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirilib.
Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparılıb. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis