“Zəngəzur dəhlizi regiona böyük töhfələr verir”. Ermənistan bu layihəni dəstəkləmədiyi təqdirdə təcrid olunma riski ilə üzləşəcək".
Bu sözləri Ednews – a müsahibəsində gürcü analitik Zaal Ancaparidze söyləyib:
“Düşünürəm ki, bu layihə regiona çox böyük töhfələr verir. Zəngəzur dəhlizi sülh prosesini asanlaşdırır, yeni münaqişələrin yaranma ehtimalını azaldır. Hazırda deyə bilərəm ki, bu layihə ətrafında baş tutan danışıqlar, özünün geosiyasi əhəmiyyətini göstərir. Sözsüz ki, bu layihədən Gürcüstan da xeyir əldə edir. Logistikanın daha da asanlaşdırılması kimi imkanlar özünün ticarət yollarının daha ucuza, qısa müddətə başa gəlməsi kimi proseslər. Ticarət yollarının asanlaşdırılması, Türkiyəyə quru ilə yolun təmini regiondakı ölkələrin iqtisadi rifahını artırmaqla savayı, xarici investorların buraya gəlməsinə şərait yaradacaq”.
Əkbər Novruz