"Xurşidbanu Natəvanın abidəsinə edilənlər vandallıq aktıdır".
Bunu Ednews - a açıqlamasında Avstriyada yaşayan azərbaycanlı siyasi şərhçi söyləyib. O bildirib ki, baş verən hadisə iki ölkə arasında anlaşılmazlığa səbəb olub.
"Fransa dövləti baş vermiş hadisə ilə bağlı açıqlama verib. Baş tutan hadisə şəhərdəki vandallar tərəfindən törədilib. Həmin vandallar abidənin üzərinə rəng boyası töküb və burnunu düşürüb. Evian-Le Ban şəhəri xatırladım ki, turist şəhəridir. Şəhər meri də reputasiyası belə yüksək şəhərin ünvanına pis söz gəlməsini istəməz. Ona görə də hələlik abidəyə başqa bir şey olmasın deyə üzərini örtüb və büküblər. Hazırda da heykəli öz qaydasına sala biləcək mütəxəssis axtarırlar. Polis də baş verən hadisəyə uyğun bunu törədən şəxsləri axtarırlar. Maraqlısı budur ki, bu hadisə şəhərdə yaşayan insanlar arasında heç bu qədər rezonans doğurmayıb".
Daha ətraflı video sujetdə:
Əkbər