"Hazırda Azərbaycanın 4432 ümumtəhsil orta məktəbində 1,6 milyon şagird təhsil alır. Bakıda şagirdlərin tərbiyəsi ilə 28000- ə yaxın müəllim məşğul olur. Etiraf edək ki, pandemiyadan sonra şagirdlər arasında münasibətlər xoşagəlməz şəkildə irəliləyib”.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov Ednews-a müsahibəsi zamanı deyib. O, qeyd edib ki, pandemiya dövründə onlayn dərs üçün uşaqlara verilən mobil telefonlar, planşetlər, kompüterlər onların yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyalar əldə etməyə imkanı yaradıb.
“Bu gün müəllimlər informasiya məsələlərində şagirdlərə uduzurlar. Çox təəssüf ki, müxtəlif sosial şəbəkələrdə əldə etdikləri məlumatları dərs vaxtı tətbiq edir, dərsi pozur və ya tənəffüs vaxtı şagirdlər öz məktəb yoldaşlarına qarşı gördükləri kimi hərəkət edirlər. Son zamanlar şagirdlər arasında zorakılıq hallarının artmasını müşahidə edirik. Bu isə çox ciddi bir məsələdir.
Şagirdlər informasiyanı düzgün istifadə etməlidirlər. İnformasiyadan düzgün faydalanmağı isə yalnız müəllim təmin edə bilə”.
Ekspert bildirib ki, zorakılıq və təcavüz hallarının artmasının bir sıra səbəbləri var. O, qeyd edib ki, onlardan birincisi ümumi nəzarətin aşağı səviyyədə olmasıdır.
“Bu gün məktəblərdə kamera nəzarəti o qədər də ürək açan deyil. Kameralar bütün otaqlarda, uşaqların hərəkət etdiyi hər yerdə olmalıdır. Məktəblərdə kameralara valideyinlər nəzarət etməlidirlər. Təssüf ki, bu işə valideyinlər yox, ancaq məktəb rəhbərliyi, əməkdaşları aidiyyəti şəxslər nəzarət edir. Məktəblərin hər birində valideynlər kameraları izləsə, belə halların köklü şəkildə azalacağı mümkündür. Bundan başqa növbəçilik prinsipinə riayət edilməlidir. Xüsusən Azərbaycan təhsilində uğurlu "Məktəblinin dostu" lahiyəsi mövcuddur ki, onun əhatə dairəsi genişlənməli, sayı artırılmalıdır. Həmçinin məktəb direktorları, direktor müavinləri, sinif rəhəbrləri uşaqların psixoloji pasportunu hazırlamalıdır ki,hansı uşaqın psixoloji zorakılığa meyilli olması müəyyən edilsin. Mütəmadi olaraq məktəblərdə ən azı ayda 1 dəfə anonim sorğu keçirməlidir. Sorğuda “Hansısa sinif yoldaşınızdan fiziki zorakılıq müşahidə edirsizmi? Kimdəsə kəsici - deşici alət görürsünüzmü, bir şagirdin digərinə qarşı münasibətlərində pozuntu müşahidə etmisizmi?” kimi suallar olmalıdır.
Əgər biz neqativlə mübarizə aparmaq istəyiriksə, məktəblərdə anonim sorğunun keçirilməsi vacibdir. Həmçinin mən növbətçilik prinsipi ilə valideynlərin bu işə cəlb olunmasını təklif etmişəm. Bu işdə direktorların üzərinə böyük yük düşür. Onlar şagirdlərlə komunikasiyaların qurulmasına böyük diqqət yetirilməlidirlər".
Afaq