“İran və Rusiya Cənubi Qafqazda qalmağa çalışır” - Türkiyəli politoloq

Müsahibələr 13:00 12.03.2024

“Ermənistan artıq Gümrüdə sərhədlərini və rus əsgərlərini istəmir. Ermənistan 30 ildir Rusiyanın adından bölgədə həyata keçirilən siyasətə etiraz edir və hazırda bölgədə sülh içində yaşamaq istədiyini bildirir”.


Bu fikirləri KAFKASAM-ın sədri, türkiyəli politoloq Hasan Oktay Ednews-a açıqlaması zamanı qeyd edib.


O, daha sonra bildirib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr sülh müqaviləsi bölgədə gözlənilən sülhə yol açsa da, sonrakı dövrdə ciddi xarici müdaxiləyə açıq bir vəziyyət yarandı: 


“Türkiyə 10 noyabr sülh sazişindən sonra dərhal altıtərəfli görüş təklif etdi. Rusiya, Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə və İran. Bu altı dövlət bir araya gəldi və Ermənistanla Azərbaycan arasında sülh sazişinə yol açmaq istədi. Lakin Gürcüstanın Rusiya ilə münasibətlərinin pis olması bu görüşün hələ başlamamış bitməsinə səbəb olub.

Daha sonra Amerika Avropa Birliyi müdaxilə edərək proses və idarəçiliklə bağlı öz maraqlarına uyğun müxtəlif mübarizə və müdaxilələr etdi. Xüsusilə Rusiya Cənubi Qafqazda, Qarabağ üzərindən qalmaq üçün 30 il ərzində Ermənistan vasitəsilə həyata keçirdiyi strategiyanı davam etdirmək istəyirdi.

Lakin Rusiyanın regionda olmasını istəməyən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ probleminin Azərbaycanla Ermənistan arasında deyil, Rusiya ilə Azərbaycan arasında olduğunu bəyan edərək, bununla da Rusiya və Azərbaycanı regionda bir-birinə qarşı qoyub. Bundan sonra Putin Qarabağla bağlı strategiyasını dəyişdiyini və bununla da Azərbaycanın bu problemi ərazi bütövlüyü çərçivəsində həll etməsinə yol açdığını bildirib”. 
Sədr əlavə olaraq bildirib ki, noyabrın 10-da imzalanan sülh müqaviləsi ilə Rusiyanın 1960 əsgərinin Qarabağda bölgədə qalma səbəbi bitsə də, Rusiya Cənubi Qafqazda mövcudluğunu və strategiyasını saxlamaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ləngitməyə çalışır: 
“Bu yaxınlarda biz İrəvan hava limanında erməni xalqının rus əsgərlərinin münasibətinə etiraz edən nümayişinin şahidi olduq. İran Müdafiə Nazirliyinin bəyanatı ən aydın bəyanatdır ki,  ABŞ, Avropa Birliyi və Fransanın bölgədəki maraqlarına uyğun hər hansı müdaxilə və ya sülh atmosferi İran üçün məqbul bir vəziyyət deyil. Çünki İran şimaldan qovulmaq istəmir. Eynilə, İranın Cənubi Qafqaz siyasəti Azərbaycan və Ermənistan üçün hərtərəfli sülh təklifi vermir.

Cənubi Qafqazda Azərbaycan və Ermənistanın xeyrinə ola biləcək ən uyğun sülh Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh sazişinin imzalanmasıdır. Türkiyəsiz sülh müqaviləsi ilə Cənubi Qafqazda sülhü təmin etmək mümkün görünmür. Türkiyə-Ermənistan-Azərbaycan sülhü əldə olunanda rus qoşunları Ermənistandan çıxmalı olacaq. Regionun maraqları prizmasından baxdıqda, Amerika, Avropa İttifaqı, İran və Rusiyanın bölgə üçün irəli sürdüyü, lakin mahiyyətcə öz maraqlarını ortaya qoyan planlar Cənubda sülh üçün son dərəcə mənfi və zərərli imkanlardır.

Rusiya Ermənistanı təzyiq altında saxlamaq, mümkünsə, kiçik miqyaslı münaqişə yaratmaqla regionda qalma müddətini uzatmaq üçün strateji işini davam etdirir. Bu səbəbdən də biz daim deyirik ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülhün yaradılması, bir-birinin sərhədlərini tanıması, gömrük qapılarının açılması çox aktualdır”. 


Xəyal Ramiz

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
Hamısı