"Biz erməni kilsələrinin fəaliyyətini unutmamalıyıq. Uzun müddət ermənilərin dövlətçiliyi, dövləti olmayıb. Dövlət olmayanda kilsə dövlət institutu rolunu yerinə yetirirdi".
Bu sözləri BMT İnkişaf Proqramının baş müşaviri Çingiz Məmmədov Ednews-TV-yə müsahibəsi zamanı deyib.
O bildirib ki, Erməni Apostol Kilsəsi tarix boyu erməni dövlətçiliyini fərqli üsullarla özündə saxlamağa çalışıb.
Həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev əlavə edib ki, Sarkisyan və Köçəryanın da sığındığı qüvvələr eyni qüvvələrdir.
Sözügedən videonu təqdim edirik:
Xəyal