Yeniyetmələr niyə intihar edir? – Psixoloq səbəbləri DEYİR

Müsahibələr 15:00 03.06.2024

“Yeniyetmələrin intihar probleminin kökündə, təhsil, düzgün aparılmayan təhsil islahatları dayanır. Yəni, bu orta məktəbdə “verilən dərslərlə” imtahanın suallarını cavablamaq olmur. Valideyn repetitor tutmağa məcbur olur. Müəllimlər orta məktəblərdə dərs keçmək istəmirlər ki, şagirdlər repetitor olaraq onların yanına getməli olsun”. 

Bu sözləri Ednews-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. 
O, daha sonra ötən gün baş tutan intihar hadisəsi ilə bağlı fikirlərini bildirib:

“Ümumiyyətlə, hazırda heç bir imtahanın nəticəsi çıxmayıb. Yeniyetmə tərəfindən təxminlər ola bilər. Belə təxminlər daha çox buraxlış vərəqlərini yoxlayan müəllimlərin çıxardığı nəticələrə görə, bir də valideynin tənqidinə görə ola bilir. Sadalananların mütləq doğru olduğunu deyə  bilmərik, çünki bu mövzuda övladını itirmiş ailəyə də çox yüklənmək doğru deyil, lakin çox zaman bu ehtimallar intiharların səbəbi olur. Belə halların yaranmasına əslində valideyn yox, düzgün aparılmayan təhsil sistemi səbəb olur. Bu səbəbdən də, vəziyyətə nəzarət olunmalıdır. Suallar keçən il çox çətin salınmışdı və həmin vaxt niyə bir nəfər 300 bal toplamadı, bu il 53 nəfər 300 bal toplayıb? Danışdığımız məsələ digər tərəfdən Mələykə Abbaszadənin düzgün aparılmayan  təhsil proqramı, təhsil islahatından qaynaqlanır. Bu problemlərdən dolayı uşaqlar,yeniyetmələr intihar edir”.

Gülnar Orucova bildirir ki, universitetlərə qəbul məsələsində humanizm prinsipindən çıxış etmək lazımdır. Qəbulun asanlaşdırılması şagirdlərin bu mövzuda həyəcan və aqressiyasını azalda bilər. 

“Valideyn repetitorlara pul xərcləyir, bu səbəbdən də uşağının üzərinə məsuliyyət qoyur, hətta bəzən uşağına aqressiya ilə yanaşır.  Ona görə də bu məsələdə tək valideyni günahlandırmaq olmaz. Bu həm də zərərçəkmiş ailəyə iknci zərbəni vurmaq deməkdir. Yeniyetmələrin bəziləri valideynlərə məktub yazıb qoyurlar. Məktublarda da valideynin tənqidi, valideyn iradı, valideyn aqressiyasını biz hiss edə bilirik. O baxımdan deyirəm ki, valideynlər repetitorlara pul tökməsələr, bugün intihar hadisəsi olmaz”, - psixoloq vurğulayıb. 

Xəyal Ramiz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Hamısı